Qurban Qurbanov: "Onların son çempionat oyunundakı hesabı bizi aldada bilər"
18-07-2022 [19:02]
"Bu komandaya qarşı oyuna hazırlaşmaq üçün bir həftə vaxtımız var idi. Bundan maksimum istifadə etmək istədik. Rəqibin matçlarını təhlil etmişik, onların son çempionat oyunundakı hesabı bizi aldada bilər"
Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda İsveçrə "Sürix"inə qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.
50 yaşlı mütəxəssis yaxşı komandaya qarşı oynayacaqlarını bildirib: "Sürix" fərqli sistemlə çıxış edir. 90 dəqiqə meydanda diqqətli olmalıyıq. Rəqibi tam yaxından tanımırıq. Oyunun gedişində tanımağa başlayacağıq. İsveçrə çempionuna qarşı mübarizə aparacağıq. Sona 4 tur qalmış çempionluğu təmin etmişdilər. Bu da onların potensialından xəbər verir. Müdafiədə həddindən artıq diqqətli olmalıyıq. Rəqibin əks-hücumlarına da hazır olmalıyıq".
Qurbanov "Sürix"in baş məşqçisi Franko Fodanın təcrübəli mütəxəssis olduğunu söyləyib: "O, uzun müddət Avstriya millisinə rəhbərlik edib. Avrokubok oyunları üçün böyük təcrübəyə malikdir. Hiss olunur ki, öz sistemlərindən əl çəkmir. Yeni baş məşqçi komandanı həm 4-lü, həm də 5-li müdafiə sistemində oynadır. Avropadakı klublar gedən oyunçuların yerini doldurmaqda çətinlik çəkmirlər. Aparıcı oyunçuları getməsəydi belə, onlara qarşı inamla çıxış edəcəkdik. Bizdə onlara rahatlıqla qalib gələcəyik düşüncəsi yoxdur. Foda bəlkə onları daha da stimullaşdırıb. Əsas qol silahları komandadan ayrılsa da, hücum potensialları böyükdür".
Baş məşqçi braziliyalı yeni transfer Julio Roman haqqında da danışıb: "Onun vəziyyətinə bir gün baxa bildik. Bunadək Marko Yankoviçi də transfer etmişdik. Əlavə bəzi mövqeləri də gücləndirməyə ehtiyac var. Gətirdiyimiz oyunçuya desək ki, Patrik Andrade kimi oynamalısan, ondansa gətirməmək yaxşıdır. Roman fərqli futbolçudur. Onun üstün cəhətlərindən yararlanmağa çalışacağıq. Buraya gələn futbolçunun ustalıq səviyyəsini daha da yaxşılaşdırmağa çalışırıq. Avropadan gəlməsinə baxmayaraq, Çempionlar Liqası təcrübəsi tam başqadır. Bu turnirə uyğunlaşmaq o qədər də asan deyil".
Təcrübəli mütəxəssis komandada arxayınlığın olmayacağını sözlərinə əlavə edib: "Çempionlar Liqasının nə dərəcədə ciddi turnir olduğunu bilirik. Bu, bütün turnirlərdən fərqlənir. Həm gərginlik, həm fiziki, həm psixoloji yorğunluq olur. Çox istərdim ki, futbolçularım sabah əvvəlki oyundan daha yaxşı çıxış etsinlər".
Qurbanov sabahkı qarşılaşma üçün biletlərin əksəriyyətinin satılmasına da münasibət bildirib: "Bu, azarkeşlərin bizə olan inamını göstərir. Üstünlüyümüz odur ki, Bakıda, dogma fanatlarımızın qarşısında oynayacağıq. Həddindən artıq motivasiya futbolçuya pis təsir edə bilər. Ən böyük narahatlığım da budur. Sabahkı görüşdə şansları bərabər sayıram. Futbolçu azarkeş, kütlə qarşısında böyüyür. Çünki daha istəkli, bacarıqlı, məsuliyyətli olur. Çempionat oyunlarımızda da çoxlu fanatların olmasını istəyirəm. Kütlə qarşısında oynamaq futbolçunun məşqlərə, oyunlara yanaşmasını ciddiləşdirir. Bizim azarkeşlərimiz bir nömrədir. Ötən matçda da bunun şahidi olduq. Hətta məğlub olsaq belə, çalışacağıq ki, tərəfdarlarımız o mübarizəni, istəyi görsünlər və razı getsinlər"/Report.
Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq.
İsrail Qəzzanı da bombalayıb - Ölənlər var
"Beşiktaş" Rafa Silva ilə bağlı daha bir açıqlama yaydı
Beş Super Liqa klubu cərimələnib - Səbəb + Siyahı
İlham Əliyev Türkmənistana səfərə dəvət olunub
Zelenski Ankarada Ərdoğanla görüşüb
Polşa Rusiyanın ölkədəki son diplomatik korpusunu da qapatdı: "Təxribatlar güclənib"
Rəqsanə ev dustaqlığına buraxıldı
Xalq artisti "Qurd qapısı” qəbiristanlığında dəfn olunub
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident vəkillərin fəaliyyəti ilə bağlı dəyişiklikləri təsdiqləyib - Nələr olacaq?
Prezident İlham Əliyev kəşfiyyatla bağlı Fərman imzalayıb
Zahid Oruc: ”Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin...”
Deputatla bağlı Ədliyyə Nazirliyinə müraciət hazırlanır: "Günay Ağamalının da təyinatının legitimliyinə..."
ATV kanalının sabiq prezidentinə 6 il həbs verildi - Məhkəmə prosesi
Ceyhun Bayramov ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini ilə görüşüb - Nələr müzakirə olunub?
AZAL sərnişinlərə "Wi-Fi" xidməti təqdim edəcək
LUKOİL Azərbaycanı niyə tərk edib? - Açıqlama
DİN-dən bank kartlarına müdaxilə ilə bağlı - XƏBƏRDARLIQ
Qırmızı Bazar və Sosa növbəti köç olub
İki məhkəmə hakimi komissiya üzvü seçildi
Sinqapur hava limanında kərgədan buynuzları müsadirə edilib - 800.000 dollar dəyərində
Fuad Nəcəfli ilə bağlı inanılmaz iddia - "Vəzifədən azad olunduğuna dair xəbəri əməkdaşlardan eşidib"
"Dirilən Adam" serialı nümayiş ediləcək - Mir Cəlal Paşayevin eyniadlı romanı əsasında...
Sabahın hava proqnozu açıqlanıb
Müğənni Dənizə qarşı böhtan və təhqir işləri üzrə qərar verildi
Azərbaycanda daha bir qeyri-adi olay: "Tiktok"da anası ilə tanış oldu, 15 yaşlı qızını qaçırdı və....
İsrail Livanı yenə vurdu: 1 ölü, 11 yaralı var
Ağdamda daha 73 nəfər köçürülüb
Federasiya prezidenti, vitse-prezident və baş məşqçi həbsdən buraxılıblar - Araz Musayevin bıçaqlanma olayı
ABŞ Ukraynaya "Patriot" göndərir - 105 milyon dollarlıq
KTN-də tendersiz sövdələşmə - 842 minlik layihə ilə bağlı iddia
Pensiyalar nə qədər artırıla bilər? - DETALLAR
SOCAR-da "Ümumdünya Keyfiyyət Həftəsi 2025" təşəbbüsü çərçivəsində tədbir keçirilib - FOTO
Orta Dəhlizlə bağlı Birgə Təşəbbüs" sənədi imzalanıb
Saytlara girişdə yaranan qlobal problem təkrarlana bilər - "Cloudflare" üzr istədi, lakin...
Müdafiə naziri: "Moskva kiberhücumlar, casusluq, sabotaj və..."