Raket və artilleriya bölmələrində döyüş təlimində - VİDEO

img

18-07-2022 [12:01]


2022-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Quru Qoşunlarının raket və artilleriya bölmələrində atəş tapşırıqları yerinə yetirilib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, plana əsasən atəş dəstəyi həyata keçirəcək bölmələr daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılaraq atəş mövqelərini tutublar.

Real döyüş şəraitinə uyğun keçirilən təlimdə şərti düşmən hədəflərinin aşkar olunaraq sərrast atəşlə məhv edilməsi tapşırıqları icra edilib.

Təlimin keçirilməsində əsas məqsəd raket və artilleriya bölmələrində komandirlərin idarəetmə vərdişlərinin təkmilləşdirilməsi, hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş əməliyyatları zamanı fəaliyyətlərin planlaşdırılması və digər qoşun növləri ilə qarşılıqlı əlaqənin inkişaf etdirilməsidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA