Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub

img

15-07-2022 [16:05]


21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasına yeni baş məşqçi təyin olunub.

Mia.az xəbər verir ki, AFFA İcraiyyə Komitəsinin qərarı ilə bu vəzifə Samir Əliyevə həvalə olunub. 43 yaşlı mütəxəssis qarşıdakı seçmə mərhələdə komandanın sükanı arxasında olacaq. O, yeni vəzifədə serbiyalı Milan Obradoviçi əvəzləyəcək.

Qeyd edək ki, Samir Əliyev həm də avqustda Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarına qatılacaq Azərbaycanın U-23 yığmasının baş məşqçisidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA