PREZİDENTDƏN DAHA BİR TƏYİNAT: İlqar Abbasova general-mayor ali hərbi rütbəsi də verilib (FOTO)

img

15-07-2022 [15:07]


Prezident İlham Əliyev sərəncam imzalayıb.

Mia.az  xəbər verir ki, sərəncama əsasən, İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi təyin edilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi İlqar Rza oğlu Abbasova general-mayor ali hərbi rütbəsi verilib.

Xatırladaq ki, İlqar Abbasov bu yaxınlara qədər Bakının prokuroru olub.

O, Naxçıvan şəhərində doğulub, Naxçıvan Muxtar Respublikasında, Lənkəran və Səbail rayon prokurorluqlarında, Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsində, həmçinin Baş prokurorun köməkçisi, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəis müavini  vəzifələrində də işləyib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA