"Qarabağ" - "Sürix" oyunu üçün bilet satışa çıxarılıb

img

15-07-2022 [12:20]


"Qarabağ" və İsveçrənin "Sürix" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununun biletləri satışa çıxarılıb.

Mia.az xəbər verir ki, saat 11:00-da başlamalı olan satış texniki problemlər üzündən bir qədər ləngiyib. Problem aradan qalxdıqdan sonra satış prosesinə start verilib.

Qeyd edək ki, iyulun 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Cavab matçı iyulun 27-də olacaq. Sektorlardan asılı olaraq, 5 manat, 10 manat, 20 manat və 50 manata satılan biletləri iTicket.az-ın satış məntəqələrində (11:00-dan 20:00-dək) və iTicket.az-da onlayn qaydada, "Park Bulvar"dakı “Qarabağ” FK-nın Fan-Şopunda da (11:00-dan 20:00-dək) əldə etmək olar.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA