ABŞ Rusiyaya güc göstərməyə başlayır - Qara dənizdə daha bir hərbi gəmi

img

14-04-2014 [23:26]




Qara dənizə daha bir ABŞ hərbi gəmisi gəlir. 

Bu barədə bu gün Rumıniya lideri Trayan Besesku bildirib.

Rumın lideri ABŞ-ın yeni hərbi gəmisinin təyinatını və onun Qara dənizə səfərinin məqsədini dəqiqləşdirməyib. ABŞ hərbi-dəniz qüvvələrinə daxil olan "Donald Kuk” hərbi gəmisinə raket əleyhinə "İcis” sistemi və qanadlı "Tomaqavk” raketli ilə təchiz edilib. O, Qara dəniz sularına 10 apreldən daxil olub. Onunla birlikdə Fransanın "Düpüi-de-Lom” kəşfiyyat gəmisi və "Alize” xilasetmə gəmisi gəlir. Bu gün Qara dənizə Fransanın raket freqatı "Düpleks” də daxil olur. Onlar rumın gəmiləri ilə birlikdə hərbi təlimlərdə iştrak edəcəklər.

"Donald Kuk” Rumıniya ərazisində aprelin 17-ə kimi qalacaq. Rusiya mənbələri onun Odessa limanına daxil olacağını ehtimal edirlər.(ANS)

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA