DİM sədri: "Müsabiqə vəziyyəti təkcə keçid ballarından asılı deyil"

img

14-07-2022 [11:51]


"Ali məktəblərə qəbul imtahanlarının ikinci cəhdinin birincidən daha yaxşı olacağı gözlənilir".

Mia.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə jurnalistlərə deyib.

O bildirib ki, səbəb abituriyentlərin ikinci cəhdə daha yaxşı hazırlaşmalarıdır: "Müsabiqə vəziyyəti təkcə keçid ballarından asılı deyil. Verilən plan yerləri ilə də bağlıdır. Bu il təqdim olunan plan yerləri ötən illə müqayisədə 4 minə qədər çoxdur. Müəyyən ixtisaslarda çoxalma var. Dəqiq məlumat vermək üçün hər bir ixtisasla bağlı əsaslı təhlil və müqayisə aparılmalıdır".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA