Ukrayna və Rusiya bir-birlərinin mövqelərinə hava və qurudan zərbələr endirir - Döyüş zonasından son vəziyyət açıqlandı

img

12-07-2022 [09:50]


"Ukrayna aviasiyası və raket-artilleriya bölmələri Rusiya ordusunun sursat anbarlarını, canlı qüvvə və hərbi texnikanın cəmləşdiyi əraziləri atəşə tutmaqda davam edir”.

Mia.az xəbər verir ki, bu məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş QərargahInın döyüş zonasındakı faktiki vəziyyətlə bağlı açıqlamasında qeyd olunub.

Bildirilib ki, bir çox ərazilərdə vəziyyət olduğu kimi qalır: "Xarkov şəhərinin rayonlarını və Ruski Tışki, Bezruki, Dementivka, Lisne, Slatine, Prudyanka, Zoloçiv yaşayış məntəqələri artilleriya və raket atəşinə atəşə tutulub. Ukraynalı müdafiəçilər düşmənin Dementivka istiqamətindəki hücum cəhdinin qarşısını alıblar. Slavyansk istiqamətində düşmən bölmələri Mazanivka, İvanivka, Dolina ərazilərində taktiki mövqeləri yaxşılaşdırmaq məqsədilə hücum əməliyyatlarını davam etdiriblər. Bu yaşayış məntəqələri istiqamətində düşmənin bütün hərəkətləri nəticəsiz qalıb. Qarşı tərəf Çepil, Velyka Komışuvax, Barvinkove, Dibrovne, Mazanivka, Boqorodiçnıe və Adamivka yaşayış məntəqələrinin ərazilərini lüləli artilleriya və raket atəşi sistemlərindən atəşə tutub".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA