Ağır Atletika Federasiyasında onlara yeni vəzifələr verildi - Siyahı

img

06-07-2022 [18:03]


Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) İdarə Heyətinin növbəti iclası keçirilib.

AAAF-ın Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, məqsəd qurumun Texniki Komitəsinin əsasnaməsinin təsdiqi, komitənin üzvləri və sədrinin təyin edilməsi olub.

İclas zamanı müzakirələr aparılıb, fikir və təkliflər dinlənilib. İdarə Heyətinin yekdil qərarı ilə əsasnamə təsdiq olunub.

Daha sonra Kənan Mustafayevin Texniki Komitənin sədri, Məmməd Məmmədov, Səbinə Rzayeva, Oruc Məmmədli və Xannar Nəbiyevin isə üzv seçilməsi qərarı qəbul olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA