"Qəbələ"nin rəqibi daha bir oyunçusu ilə anlaşıb

img

05-07-2022 [17:56]


"Qəbələ"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Macarıstan "Fehervar" aparıcı futbolçusu Attila Fiola ilə müqaviləni yeniləyib.

Mia.az xəbər verir ki, Mixael Borisin rəhbərlik etdiyi kollektiv 32 yaşlı müdafiəçi ilə 2 illik sözləşmə imzalayıb.

Macarıstan millisinin üzvü 2016-cı ildən bu komandada çxış edir.

Qeyd edək ki, "Qəbələ" "Fehervar"a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə 1 həftə sonra evdə keçirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA