Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
03-07-2022 [00:03]
Qoç - günün ilk yarısından etibarən məhsuldar işləməyə çalışın. Mürəkkəb, birmənalı olmayan işlərin öhdəsindən gələ bilərsiniz. İşdə rəhbərliklə təmaslarda, həmkarlarınızda münasibətlərdə sayıq olun.
Kobudluq etməyin. Günün ikinci yarısında şəxsi münasibətlərdə yarana biləcək anlaşılmazlığı aradan qaldırın. Sevdiyiniz insanın tələblərini nəzərə alın. Laqeyd insan təsiri bağışlamayın. Axşam saatlarını özünüzə həsr edin.
Buğa - bol şanslar və imkanlar vəd edən gündür. İntuisiyanızı işə salın. Cari işlərin və rutin məsələlərin öhdəsindən gəlmək üçün bir qədər qətiyyətli olmalısınız. İradəli və ötkəm olun. İşlərinizə kənar müdaxilələrə imkan verməyin. Günün ikinci yarısında çalışdığınız kollektivdə, işlədiyiniz məkanda münasibətlərin harmonik olmasına can atın. Dəyər verdiyiniz insanla ünsiyyətinizdə çətinliklər, soyuqlaşma yarana bilər. Problemləri danışıqlarla həll etməyin tərəfdarı olun.
Əkizlər - hadisələrin axarı və proseslər əhvalınıza da təsir edəcək. Həllini gözləyən məişət problemləri var. Maliyyə öhdəliklərinizi unutmayın. İşdə və münasibətlərdə soyuqqanlı olun.
Günün ikinci yarısında əsas məqsədi seçərək ona doğru dayanmadan irəliləyin. Saatlar keçdikcə emosional fon qaydasına düşəcək. Əhvalınız yaxşılaşacaq. Axşam saatlarında qohumlarınızdan və dostlarınızdan xoş xəbərlər alacaqsınız.
Xərçəng - yaxın ətrafınızdakı insanların maraqlarının sizin mənafelərinizlə ziddiyyət təşkil edəcəyinə hazır olun. Fəaliyyətinizdə qarşı tərəfin istəklərini də nəzərə alın. Eqoizm işlərin ziyanınadır.
Günün ikinci yarısında vahid layihə çərçivəsində öz maraqlarınızı qoruyun. Sadəlövh olmayın. Təklifləri ciddi şəkildə dəyərləndirmədən qərar verməyin. Tanımadığınız insanların "məsləhət"lərinə əsla inanmayın.
Axşam saatlarını sevdiyiniz insanla birgə istirahətə həsr edin.
Şir - günün ilk yarısından etibarən intensiv işləməli olacaqsınız. Bununla belə, qüvvənizini və imkanlarınızı olduğundan artıq sayaraq həllini bacarmayacağınız problemin çözümünü vəd etməyin. İfrat intellektual və fiziki yük səhhətinizdə problemlər yarada bilər. Günün ikinci yarısında boş vədlərə aldanmayın. Dostlardan birindən yaxşı xəbər alacaqsınız. Tələskənliyə yol verməyin, iradəli olun. Bəzi məsələlərdə inandığınız insanların dediklərinə qulaq asaraq davranmaq daha yaxşıdır. Axşam saatlarını sevdiyiniz məşğuliyyətə həsr edin.
Qız - günün ilk yarısından bütün işləri planlaşdırmağa çalışmayın. Proseslərin məcrası gözləntilərinizi alt-üst edə bilər. Çətin vəziyyət sizi ruhdan salmamalıdır. Əhvalınızda stabillik yoxdur.
Günün ikinci yarısında aqressiv davranmayın. İşdəki problem barədə rəhbərliyə məlumat verməzdən əvvəl şəraitin təfsilatları haqqında informasiya toplayın. Rəsmi qurumlara müraciət üçün əlverişli zaman deyil.
Axşam saatlarında köhnə dostla görüş, qonağın gəlişi istisna deyil.
Tərəzi - ailə və məişət qayğılarının öhdəsindən asanlıqla gələ bilərsiniz. Fəaliyyət arealında qayda yaradın. Planlarınızı nizamlayın. İdefikslərə aldanmayın, illüziyaları həqiqət saymayın. Təmir və köçə başlamaq fikriniz varsa, daha münasib zamanı gözləyin. Günün ikinci yarısında sizdən pullu və güclü insanla mübahisə etməyin. Daha ustalıqla, fəndgir şəkildə qisas almaq olar. Maliyyə məsələlərində yüz ölçüb, bir biçin. Yaxınlarınızla təmaslar əhvalınızı yaxşılaşdıracaq, müsbət emosiyalar bəxş edəcək.
Əqrəb - günün ilk yarısında planları dəqiqləşdirəndən sonra fəaliyyətə başlayın. İşləriniz arasında ən maraqlısını seçərək onu prioritetə çevirin. Vəzifə səlahiyyətlərinin icrası ifrat çətinliklər yaratmayacaq.
Günün ikinci yarısında ənənəvi, adət etdiyiniz sxemlərin çərçivəsindən kənara çıxmayın. Müzakirələrdə, danışıqlarda - ümumiyyətlə, ünsiyyətdə ikiüzlülük etməyin. Belədə sizi anlayacaq, sayğı bəsləyəcəklər.
Oxatan - praktik olun. Praqmat davranın. Pulunuza qənaət edin. "Qara gün" üçün yığdığınız pulları mənasız işlərə, gərəksiz əşyaların alınmasına sərf etməyin. Sabahı düşünün, çünki maliyyə stabilliyi hər an pozula bilər. Günün ikinci yarısında təhlükəsizliyinizi və əmlakınızın mühafizəsini təmin edin. Qidada sağlam rasionu unutmayın. İzafilikdən, ifratdan uzaq olun. Axşam saatlarında dostlarla maraqlı və yaddaqalan görüş, sevdiyiniz insanla təmas ola bilər.
Oğlaq - günün ilk yarısı ən əlverişli zamandır. Tapşırıqları vaxtında yerinə yetirin. Öhdəliklərin reallaşdırılmasını gecikdirməyin. Başqalarının sürəkli məsləhətlərini qulaqardına vuraraq fəal çalışın.
Günün ikinci yarısında yeni layihənin icrasına başlayanda ilk addımlarınızı korrektə edin. Maliyyə problemlərinin həll variantını yəqinləşdirmədən irəliləmək asan deyil. Axşam saatları üçün məşğuliyyəti seçərkən mövcud vəziyyəti nəzərə alın.
Dolça - huşsuzluq etməyin. Qüvvənizə və potensialınıza qənaət edin. Emosional davranaraq hisslərin əsiri olmayın. Məntiqli addımlar atıb, düşünülmüş qərarlar verin. Günün ikinci yarısında şəxsi münasibətlərdəki problemləri çözün. İşlərinizi başqalarına həvalə etmək çıxış yolu deyil. Dəyər verdiyiniz insanla təmasları intensivləşdirmək üçün aktiv olun. Təşəbbüsləriniz gərəkli nəticələr verəcək.
Balıqlar - faydalı əlaqələrin sayını və çeşidini artırın. Nüfuzlu insanların dəstəyindən operativ şəkildə yararlanın. Qarışıq vəziyyətdə köməyə ehtiyacınız olacaq. İndiyədək dəfələrlə sınaqdan çıxmış metodlarla sadə, amma etibarlı vasitələr günün ikinci yarısında daha effektivdir. Yeni yolların aranmasını ertələyin. Axşam saatlarını ailənizlə keçirin. Yaxınlarınızı sevindirin.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI
Sabahdan yağış güclənəcək - Xəbərdarlıq
Əli Kərimlinin mühafizəçisinə hökm oxundu - Məhkəmə prosesi
GÜLMƏŞƏKƏR - Kəbutər Hakverdinin hekayəsi
Yaşayış sahəsindən istifadə və... - Ali Məhkəmədən əmlakın dövlət reyestrində qeydiyyatı ilə bağlı MÜHİM İZAHAT
"e-Sosial" tətbiqi fəaliyyətini tam olaraq dayandıracaq
Makron ABŞ və Çinə "sataşdı": “Məqsədimiz iki dominant gücün vəssal dövlətləri olmamaqdır”
Bəs FİF nə oldu, AFFA? - AFFA yığışdı, amma... - Rövşən Nəcəf Mia.az-ın suallarını cavablandırıb
Bəhreyn İranın hücumu ilə bağlı son məlumatı açıqlayıb
DÇ-2026: FİFA 727 milyon dollar mükafat fondu ayırdı
İran ordusu quru əməliyyatına hazırlaşıb: “Gözləyirik, sizə elə dərs verəcəyik ki..." - Amerika əsgərlərinə fəlakət yaşadacağıq”
Sabah hava necə olacaq? - Proqnoz