Braziliyalı məşhur hücumçu Azərbaycan klubuna keçir

img

28-06-2022 [10:44]


Braziliya millisinin sabiq futbolçusu Vaqner Lav "Sabah"a keçir.

"Eurostavka" saytı xəbər verir ki, 38 yaşlı hücumçu paytaxt təmsilçisi ilə müqavilə imzalamağa yaxındır.

İddiaya görə, "sambaçı" Premyer Liqanın ən yüksək ödənişli oyunçusu olacaq.

Təcrübəli forvardın "Sabah"ı seçməsində klubun infrastrukturu və baş məşqçi Murad Musayevin həlledici rol oynadığı bildirilib.

Qeyd edək ki, son klubu Danimarka "Midtüllan"ı olan Lav Rusiyanın MOİK, Fransanın "Monako", Türkiyənin "Alanyaspor", "Beşiktaş" və Qazaxıstanın "Kayrat" komandalarında da çıxış edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA