"Aris"in futbolçusu: ""Neftçi" ilə oyunda mümkün olan hər şeyi edəcəyik"

img

27-06-2022 [18:12]


"Təlim-məşq toplanışına yaxşı başladıq və ilk yoxlama oyununda böyükhesablı qələbə qazandıq. Amma əvvəlcə avrokubok matçlarını həll etməliyik".

Məlumata görə, bunu Kiprin "Aris" klubunun futbolçusu Matiya Şpolyariç "Neftçi"yə qarşı keçirəcəkləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin oyunları barədə danışarkən deyib.

Serb əsilli kiprli hücumçu "ağ-qaralar"la matça ciddi hazırlaşdıqlarını bildirib: "Görməli olduğumuz işlər çoxdur. Əlimizdən gələni edirik. Bilirsiniz ki, yeni baş məşqçimiz var. Onun üslubuna uyğunlaşmaq üçün çox çalışmalıyıq. Oyuna hazır olmaq üçün mümkün olan hər şeyi edəcəyik".

Qeyd edək ki, "Neftçi" "Aris"ə qarşı ilk oyununu iyulun 21-də səfərdə keçirəcək. Cavab görüşü isə 1 həftə sonra Bakıda olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR
11:21 18.08.2022

Qorxulu adamlar...