"Şamaxı" yeni baş məşqçi ilə anlaşıb

img

22-06-2022 [12:49]


"Şamaxı" futbol komandasının yeni baş məşqçisi bəlli olub.

Mia.az xəbər verir ki, bölgə klubu hazırda Region Liqası təmsilçisi "Cəbrayıl"a rəhbərlik edən Cavid Hüseynova tapşırılıb.

34 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanacaq. Hüseynov bu vəzifədə Rüstəm Əliyevi əvəzləyəcək. Onun təyinatı UEFA Region Kubokunda 2022/2023 mövsümünün ilkin mərhələ oyunlarından sonra gerçəkləşəcək.

Qeyd edək ki, "Cəbrayıl" ötən mövsüm Cavid Hüseynovun başçılığı altında Region Liqasının qalibi olub. Komanda UEFA Region Kubokunun ilkin mərəhələsinin 2-ci qrupunda Belarus təmsilçisi “Kolos” komandası ilə Şamaxıda qarşılaşacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA