Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
21-06-2022 [00:03]
Qoç - sizin üçün önəmli suallara cavab aranan gündür. Yaxın ətrafınızdakı insanlar mövqenizi paylaşmırlar. Amma narahat olmayın. Aradağınız cavabı tapacaq və şəraitə uyğun hərəkət edəcəksiniz. Tərəfdaş, iş yoldaşlarından biri ilə münasibətlər dəyişir. Əvvəllər xoşlamadığınız insan rəğbətinizi qazana bilər. Lakin həmfikir və hətta dost saydığınız insan isə sizi pərişan edə bilər. Günün sonunda sizi xoş sürprizlər gözləyir. Yaxınlarınızı sevindirin. Dostlarla ünsiyyətdə olun. Laqeyd qalmadığınız insanın könlünü alın. təbii davranın.
Buğa - gün narahat başlanır. Ziddiyyətli informasiya alacaqsınız. Lakin xəbərin məğzinə varın, təfərrüatları dəqiqləşdirin. Yaxın ətrafınızdakı insanlar sizdən cavab gözləyirlər. Faydalı məsləhətlər eşidəcəksiniz. Anlaşma, razılaşma və sövdələşmələr mənfəət vəd edir. Günün ikinci yarısında yeni maraqlar yaranacaq. Sizi nə isə narahat edirsə, nigaranlığın səbəblərini arayın. Zaman qıtlığı olacaq. Ailədə problem varsa, onu dərhal həll edin. Yaxınlarınız bilməlidir ki, siz gərəkdiyində inadkar və dönməz ola bilirsiniz.
Əkizlər - hadisələr gözləntilərinizə uyğun olmayan məcrada inkişaf edir. İndiyədək sizə dəfələrlə mane olan, planlarınızı alt-üst edən insanlar bu gün də işlərinizə sərt müdaxilə etməyə çalışacaqlar. Onların qarşısından geri çəkilməyin. Məkrli niyyətlərin gerçəkləşməsinə imkan verməyin, sərt və qətiyyətli olun. İzafi təsir bağışlayan güzəştlərə getməyin. Sizdən sui-istifadə etməyə çalışırlar. Günün ikinci yarısında narahatlıq və təlaş olacaq. Gərəkli tədbirlərəl əl atmasanız, stress əhvalınızı korlayacaq. Əks cinsin mənsubu, qohumlarla münasibətlərdə problemlər istisna deyil.
Xərçəng - səhər saatlarından etibarən yeni imkanlar yaranır. İdeyaların reallaşması peşəkar müstəvidə uğurlara nail olmağınıza rəvac verir. Qətiyyətli və əzmli olun. Seçdiyiniz istiqamətlə irəliləyin, sapmayın. Günün ortalarında faydalı tanışlıqlar, yeni bilgilər əldə edə biləcəyiniz insanla ünsiyyət mümkündür. Ciddi səhvlərə yol verməyin. Günün məhsuldar keçməsinə səy göstərin. Axşam saatlarına yaxın emosional yüksəliş, əhvalın yaxşılaşması vaxtıdır. Nikbin olun. Ailə üzvlərinə yetərincə diqqət ayırın.
Şir - bu günün sürprizləri xoşdur. Planları dəyişməyiniz labüd prosesdir. Arzuladığınız nəticələrə çatmaq şansları yaranıb. Günün ilk yarısı işgüzar danışıqlar üçün əlverişlidir. Karyera inkişafı və maaşın artırılması ilə bağlı rəhbərliklə danışa bilərsiniz. Axşam saatları rahat, xoşdur. Dəvət olunduğunuz tədbirlərə qatılmağınız yeni tanışlıqlara imkan yaradacaq. Aktiv olun, yaranmış imkanları dəyərləndirin.
Qız - yaşamınıza yeni nəsnə qatmaqdan çəkinməyin. Yeknəsəkliklə mübarizə və müxtəlif eksperimentlər üçün ən yaxşı gündür. Nəyin mühüm, nəyin də əhəmiyyətsiz olduğunu sizə intuisiyanız bildirəcək. Mənasız işlərə və maraqsız hədəflərə çatmaq üçün vaxt sərf etməyin. Ətrafınızdakı insanlarla fikir ayrılıqları yaransa da, mövqeyinizdən çəkilməyin. Axşam saatları öhdəsindən gələcəyiniz kiçik problemlər vəd edir. Yorulmamağa çalışın. Yaşam potensialı aşağıdır. Səhhətinizə fikir verin. Açıq havada gəzinti yuxusuzluqdan qurtulmağa imkan verəcək.
Tərəzi - gerçəkdən də, mühüm olan işləri görün. İkinci dərəcəli işləri arxa plana keçirin və ya etibar etdiyiniz insana həvalə edin. Müstəqil iş effektivdir. Birgə layihələrdə iştirakınız boş vaxt itkisi olacaq, əhvalınız da pozulacaq. İşdə çalışdığınız insanlarla ümumi dil tapmaq asan olmayacaq. Siz öz mövqelərinizi müdafiə edirsiniz. Qətiyyətli olun, geri çəkilməyin. Az sonra bəlli olacaq ki, məhz siz haqlısınız. Axşam saatlarında yaxınlarınız və ailə üzvləriniz sizi sevindirəcəklər.
Əqrəb - emosiyalarınız sizə qarşıdır. Hisslərinizə hakim olun, münaqişə yaratmayın. Yaxın ətrafdakı insanların nə düşündüklərinin, nə hiss etdiklərinin fərqinə varın. Həddən artıq eqoist olmayın. Yaxşı və faydalı məsləhətləri qulaqardına vurmayın. Açıq-aydın deyilən sözləri, yardım istəklərini eşidin. Axşam saatlarına yaxın emosional fon stabilləşəcək. İmkan varsa, alış-veriş edin. Aktiv istirahəti seçin.
Oxatan - plan və ideyalarınız çoxdur. Onların hamısını reallaşdırmaq mümkün deyil. Bir planı seçin, onu gerçəkləşdirməyə çalışın. Prioritetləri düzgün müəyyənləşdirməsəniz, işlər çətin olacaq. Yardıma ehtiyac yaranarsa, inanılmış insanlara müraciət edin. Yeni müttəfiqlər ümidləri doğrultmayacaq. Çoxdan bəri həll edə bilmədiyiniz problemi günün ikinci yarısında çözə biləcəksiniz. Nikbinlik və öz qüvvələrinizə inamınız populyarlığınızı, sizə olan inamı artıra bilər. Ailə üzvləriniz məişət problemlərini uğurla həll edirlər.
Oğlaq - yaxın ətrafınızdakı insanlara yardım edin, onların bəzi problemlərini çözün. Amma sadəlövh olmayın, sizdən sui-istifadə etməsinlər. Qüvvə və potensialınızı dürüst planlaşdırsanız, qarşınıza qoyduğunuz məqsədlərə çata bilərsiniz. Bədxahların intriqaları sizə mane olmayacaq. Potensial müştəri və ya əməkdaşlıq etmək istədiyiniz insanla görüş üçün əlverişli gündür. Günün ikinci yarısında maraqlandığınız insanda rəğbət oyadacaqsınız. Şayiələr və dedi-qodular, böhtan nüfuzunuza zərbə vura bilər. Yanlış məlumatların qarşısını ala bilməsəniz də, onların yalan olduğunu göstərin. Axşam saatlarında istirahət edin.
Dolça - günün hadisələrini dəyərləndirəndə çaşqınlığa və yanlışlığa yol verməyin. Bədbin olmayın. Yeni bilik və təcrübənin əxz olunması üçün uğurlu gün deyil. İnformasiya çox çətinliklə anlaşılır. Həmkarlarla münaqişələrə qatılmayın. Nüfuzlu və güclü rəqib "qazana" bilərsiniz. Gəlir, maaş, yerinə yetirilmiş sifarişə və ya görülən işə görə ödəniş ola bilər. Səfər uğurludur, maraqlı məkanla qarşılaşa bilərsiniz. Axşam saatlarında yaradıcılıq potensialı güclənir. Yaxınlarınıza xoş sürprizlər edin. Mədə-bağırsaq sistemində problemlər yarana bilər.Səhhətinizə fikir verin.
Balıqlar - lider məziyyətlərinizi parlaq şəkildə nümayiş etdirin. Mövqelərinizi paylaşmayan insanları belə, arxanızca aparmağı bacarın. İşdə həmkarlarınızla yanaşı, rəhbərlik və ya tabeçiliyinizdə olan insanlarla da dil tapın. Problemlərin çözümünü təxirə salmayın. Bu gün çox iş görə bilərsiniz. Yeni tanışlıqlar asanlıqla yaranacaq, ünsiyyət çevrəniz genişlənəcək. Təmaslarda sayıq olun. Dəyərsiz insanla əlaqə qurmayın. Ailə üzvləriniz sizi sevindirəcək.
"The Washington Post": "İranın gələcəyi və Azərbaycan faktoru"
XƏTAİDƏ NÖVBƏTİ YAŞILLIQ ƏRAZİ YOX EDİLİB: üç il əvvəl tikintiyə icazə verilməyən ərazi kimlərə satılacaq? - FOTOLAR
ABŞ bölgəyə qayıtmır, oyunu yenidən qurur - TƏHLİL
Sabahın hava proqnozu açıqlandı
"Yeni komitə sədri ilahiyyat təhsili olan şəxs olacaq, bu arada Şeyx də yavaş-yavaş unudulur" - Ekspert maraqlı proqnoz verdi
"Bu, artıq bir vicdan məsələsidir" - Elçin Ağamalı yenidən "üsyan bayrağı"nı qaldırdı
Bakıda saxta qaz işçisi tutulub
Məktəblilər nə vaxt tətilə buraxılacaq? - Açıqlama
İran-Azərbaycan sərhədində PUA zərərsizləşdirilib - FOTO
Azərbaycan nefti bahalaşdı - 1.7 dollar
ABŞ-nin vitse-prezidenti Azərbaycana gəlir - Tramp İlham Əliyevə təşəkkür etdi və mühim mesajlar verdi
Ukrayna, Rusiya və ABŞ nümayəndələri BƏƏ-də bir arada - 4 saata yaxın müzakirə aparılıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Neftçi" "Zirə" ilə bacarmadı
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İspaniya Baş naziri Trampın dəvətini əlinin tərsi ilə geri çevirdi
131 məktəbə direktor təyin olunacaq
"Qalatasaray" 23 yaşlı futbolçunu heyətinə qatır
Rövşən Nəcəf FIFA prezidenti ilə görüşüb - Davosda
"Real" Arda Gülərə 90 milyon avro qiymət qoydu - "Satılsa, "Fənərbağça" 18 milyon qazanacaq"
500 MİLYON DOLLAR SƏRVƏTƏ SAHİB OLAN İLHAM RƏHİMOVUN HEYKƏLİ: niyə qoyuldu? - Maraqlı iddialar + FOTO
Baş İdarə rəisi vəzifədən azad olunub
Kamran Əsədov məhkəmə zalında həbs edildi - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB - Açıqlama (Yenilənib)
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək