Avropa çempionatı: Azərbaycan millisi Ermənistanla "döyüşəcək"

img

20-06-2022 [18:34]


18 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının C divizionundakı oyunlarının təqvimi açıqlanıb.

Mia.az xəbər verir ki, B qrupunda yer alan yığma ilk matçını iyulun 25-də Lüksemburqa qarşı keçirəcək.

Bir gün sonra Cəbəllütariqı sınağa çəkəcək komanda iyulun 27-də Ermənistanla münbasibətilərinə aydınlıq gətirəcək. Kollektiv qrupdakı son görüşündə isə Moldova ilə üz-üzə gələcək.

C divizionu
B qrupu

II tur, 25 iyul
14:30. Azərbaycan – Lüksemburq

III tur, 26 iyul
19:00. Cəbəllütariq – Azərbaycan

IV tur, 27 iyul
19:00. Azərbaycan – Ermənistan

V tur, 28 iyul
14:30. Moldova – Azərbaycan

Qeyd edək ki, qrupda ilk iki yeri tutan komanda yarımfinala yüksələcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA