Ayaz Quliyev Çeçenistan klubuna keçir

img

20-06-2022 [14:39]


Rusiyanın "Arsenal" klubunun futbolçusu Ayaz Quliyev komandasını dəyişə bilər.

Mia.az Report-a istinadla xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi ilə "Axmat" komandası yaxından maraqlanır. Qroznı təmsilçisi təcrübəli oyunçunun transferi ilə bağlı danışıqlara başlayıb.

Futbolçunun Tula klubu ilə 2023-cü ilin yayınadək müqaviləsi var.

Qeyd edək ki, Ayaz Quliyevin atası 20 yaşında ikən Moskvaya köçüb. Quliyev Rusiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında çıxış edib. O, U-21-də 22 görüşdə 3 qol vurub. Lakin əsas millidə hələ oynamayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA