Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
16-06-2022 [00:07]
Qoç - gün çətin və qarışıq olsa da, ümidsiz dərəcədə pis deyil. Təmkinli davranıb neqativ emosiyaların təsiri altına düşməsəniz, uğur əldə etmək və planları reallaşdırmaq imkanları var. Ağıllı və təcrübəli hesab etdiyiniz insalarla ünsiyyət üçün əlverişli zamandır. Müdrik insanın məsləhətlərinə qulaq asın. Günün ikinci yarısında işgüzar intuisiyanız iti olsun. Pul qazanmaq, sərfəli anlaşma və ya sövdələşməyə nail olmaq, uğurlu alış-veriş etmək şanslarını əldən verməyin. Romantik münasibətlərdə müsbət dəyişikliklər ola bilər. Bunun üçün təşəbbüskar olmalısınız.
Buğa - uğurlu gündür. Yaşam potensialı yüksəkdir. Enerjili və qüvvəli olduğunuzu hiss edirsiniz. Yeni işlərə başlamaq olar. Çətin və qarışıq problemin öhdəsindən nisbətən asan gələcəksiniz. Xoşagəlməz situasiyalar yarananda etibar etdiyiniz insanla məsləhətləşin.
Günün ikinci yarısı alış-veriş üçün məsləhətlidir. Yeni layihə ilə bağlı eksperimentə başlamaq olar. Aldığınız borcu qaytarmağı unutmayın. Axşam saatlarında normal istirahət edin.
Əkizlər - ehtiyatlı və sayıq olun. Sadə, rəvan gün deyil. Kobud səhvə yol verməyin, çünki belə yanlışlığın fəsadlarının aradan qaldırılması çox vaxt aparacaq.
Yaxın ətrafınızdakı insanlarla davranışın modelini müəyyənləşdirin. Yeni münasibətlərə başlamaq və tanışlıqlar üçün əlverişli zaman deyil.
Günün ikinci yarısında maliyyə işlərinizi qaydaya salın, imkanlarınızı dürüst dəyərləndirin. Alış-verişdə mənasız xərclərə yol verməyin. Yanınızdakı insanlar sizə təzyiq edir, öz mövqelərini absolyut həqiqət sayır, sizdən bu və digər addımların atılmasını istəyirlər. Təmkinli olun, bildiyinizi edin.
Xərçəng - məhsuldar çalışın, vaxtınızı mənasız işlərə sərf etməyin. Mühüm məsələlərin çözümünü ertələməyin, təxirə salmayın. Nəzərdə tutduğunuzdan da çox iş görməyə, həllini tələb edən problemi çözməyə çalışın.
Günün ikinci yarısında sizi narahat edən məsələləri yaxınlarınızla, inandığınız insanlarla müzakirə edin. Ehtiyac duyduğunuz yardım və köməyi ala bilərsiniz.
Enerjili oturun, süst davranmayın. Diqqətə layiq olan işi qulaqardına vurmayın. Əsas məqsədlərdən yayınaraq xırda işlərə vaxt sərf etməyin. Uzaq səfərə yollanmağa dəyməz. Adi, öyrəşdiyiniz şəraitdə özünüzü daha rahat hiss edəcəksiniz.
Şir - gün uğurlu olmasa da, bir sıra məqamlar baxımından əlverişlidir. Son vaxtlar sizi narahat edən problemi həll etmək imkanları var. Suallara cavab ala bilərsiniz. Adət etdiyiniz kimi davranmayın, müşküllərin çözümü üçün yeni yollar arayın.
Günün ikinci yarısında yaxşı gəlir əldə edə bilərisniz. Alış-veriş etmək, çoxdan can atdığınız əşyanı almaq olar. Romantik görüşlər üçün əlverişli zamandır. Axşam saatlarında sevdiyiniz insanla birlikdə istirahət edin.
Qız - gün yaxşı başlamayacaq. Kiçik çətinliklər, xoşagəlməz situasiyalar, yaxınlarla fikir ayrılıqları sizi təbdən çıxara bilər. Ruhdan düşməyin. Hər şey yoluna düşəcək.
Sadəcə, dürüst davranış modeli seçin, yaşanan vəziyyəti təhlil edin. Analitik qabiliyyətinizi işə salın. Günün ikinci yarısında yaxınlarınızla dil tapın. Sevdiyiniz insanın xətrinə dəyməyin. Sizə xüsusilə dəyərli olan insanı xoş sürprizlə sevindirin. Axşam saatlarını yaxşı məclisdə, xoş hisslərlə keçirin.
Tərəzi - uğurlu gündür. Müsbət təmayüllərin təsiri güclü və universaldır. Başladığınız işlərdə irəliləyişlərə nail olmaq şanslarınız var. Yaşamınızın bir sıra sahələrində müsbət dəyişikliklərin ərəfəsidir. Hadisələrin təbii axarına müqavimət göstərməyə çalışmayın. Taleyə boyun əyin, axınla üzün. İşlər pis olmayacaq.
Günün ikinci yarısında ev işləri darıxdırıcı və usandırıcı təsir bağışlayacaq. Problemlərin həllinə yaradıcı yanaşın. Qəfil vizitlər xoş emosiyalar yaradacaq. Son vaxtlar maraqlandığınız insan ünsiyyətdə təşəbbüsü ələ alaraq irəliyə doğru ilk addımı atacaq.
Əqrəb - maraqlı gündür. Son vaxtlar darıxdığınız insanlardan xoş xəbərlər alacaqsınız. Qəfil işgüzar təkliflə qarşılaşa bilərsiniz. Yaxşı gəlir əldə etmək şansı var.
Peşəkar fəaliyyətlə bağlı məsələlərin qeyri-formal şəraitdə müzakirəsi üçün pis vaxt deyil. İşgüzar tərəfdaşlar, həmkarlar və ya rəhbərliklə bəzi məsələləri müzakirə etmək olar.
Günün ikinci yarısı yeni tanışlıqlar və romantik təmaslar üçün əlverişlidir. İntuisiyanız kəskin olsun. Diqqətə layiq adamlara yararsız, mənasız şəxsləri ayırd etməyə çalışın.
Oxatan - ən yaxşı məziyyətlərinizi nümayiş etdirmək imkanlarınız var. Üstün cəhətləriniz, bilik və bacarıqlarınız diqqətsiz qalmayacaq. Rəğbət bəslədiyiniz insanın diqqətini cəlb edə bilərsiniz.
Günün ikinci yarısında rəqibləri və bədxahları üstələmək üçün fəal olun. Süst, tənbəl davransanız, yaxşı şansları əldən verəcəksiniz. Axşam saatlarında gəlir, hədiyyə, xoş sürprizlər istisna deyil. Qəfil problem vaxtınızı alacaq, sizi nigaran qoyacaq. Plandaşlırılmamış səfər və səyahət problem yaratsa da, pis sonuclanmayacaq.
Oğlaq - səhər saatları pis başlanmayacaq. Yeni işlər, müxtəlif eksperimentlər, maraqlı ideyaların axtarışı üçün pis zaman deyil. Tərəfdaşlıq etmək istədiyiniz insanlarla görüş üçün münasib vaxtdır.
Günün ikinci yarısında mənfi təmayüllərin təsiri güclənəcək. Problemlər, o cümlədən maliyyə çətinlikləri yaranacaq. Adi günlərdən fərqli olaraq yaxın adamlarla daha çox mübahisə etməyin. Təmasları qorumağa çalışın. Sərt tənqid və aqressiv davranışa qapılmayın.
Dolça - müəyyən çətinliklərə rəğmən uğurlu gündür. Çalışın, tənbəllik etməyin. Yaxın ətrafınızdakı insanlarla normal münasibətləri qorumaq üçün səylər göstərin. Fikir ayrılıqları və ixtilaflar yaranarsa, onları konstruktiv dialoqla çözmək olar. Günün ikinci yarısında müsbət təmayüllərin şəxsi münasibətlərə təsiri artacaq. Maraqlı tanışlıqlar istisna deyil. Axşam saatlarında aktiv istirahəti seçin.
Balıqlar - işlər çoxdur. Vurnuxma və tələskənliyə yol verməyin. Bütün işləri görməyin mümkünsüz olduğunu düşünüb ruhdan düşməyin. Özünüzə inamınız itməsin. Təkbaşına görə bilmədiyiniz işi başa vurmaq üçün yardımçı aramaq olar. Günün ikinci yarısında dostlar və ya həmfikirlər sizə yardım edəcəklər. Yeni maraqlı ideyalar yaranacaq. Onlardan birinin reallaşdırılması yaxşı pul qazanmağa imkan verəcək. Ünvanınıza səslənən tənqidi sakit, soyuqqanlı qarşılayın. Zarafatlardan inciyərək yaxınlarınızla münasibətləri sərinləşdirməyin.
Türkiyə derbisi: "Fənərbağça" son dəqiqədə "Beşiktaş"ı devirdi
"Rusiya tərəfinə bir daha xatırlatmaq istərdik ki..." - Rəsmi Bakıdan Kreml sözçüsünə etiraz
Sabah gücü külək olacaq - Xəbərdarlıq
Silinməmş vəsaitlər... - "Bakıkart" NFC funksiyası olan bank kartlarından istifadə edən şəxslərə müraciət edib
Sulutəpə - Hökməli yolunda subasma: tədbir görüldü - VİDEOLAR
Badamdar yamacında sürüşmə: nəqliyyatın hərəkəti dayandırılıb - Kəmaləddin Heydərov əraziyə gəlib (VİDEO)
Bu gün 49 mindən çox şagird buraxılış imtahanı verdi - 4 nəfər zaldan qovuldu (YENİLƏNİB)
Sabah yağış yağacaq
Şəmkirdə 16 yaşlı uşaq dəhşət saçdı - 19 yaşlı gənc öldürüldü
Keşlədə bəzi əraziləri su basıb - VİDEO
Xocalı soyqırımının təşəbbüskarlarından biri öldü
Məmur olmaq istəyənlər üçün imtahan keçirilir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İsa Nəcəfov: "Mən İslama dair 16 kitab tərcümə etdirmişəm" - "Əgər mən o kütləyə rəhbərlik etsəydim, bu, dövlətə qarşı çıxmaq olardı" (MÜSAHİBƏ)
Bu rayonlara qar yağır - SİYAHI
300 MİN İSTƏDİ, 16 MİN VERİLƏCƏK - "Tərtər işi"ndə işgəncəyə məruz qalan keçmiş hərbçiyə təzminat ödəniləcək
TƏBİB-in sədr əvəzi özünə müşavir götürdü - FOTO
“İsrail vurdu” mifini Türkiyə təkzib etdi
"Vergi də bir sevgidi, vaxtında bəyan etmək lazımdı" - Mühasiblər və vergi mütəxəssisləri bir araya gəldi (VİDEO, FOTOLAR)
Nizami Kino Mərkəzinin binasına zərər vuranlar saxlanıldı - Açıqlama + FOTO (YENİLƏNİB)
İllər ötdü, Ziya Məmmədov dəyişmədi - Sabiq nazir toyda + FOTO
"Kirayə gəlirləri ilə bağlı yanlış təsəvvür yaranıb" - Vergi Xidmətinin baş idarə rəisi son dəyişikliklərə şərh verib
Sabah yağış yağacaq
Xəzər dənizində zəlzələ olub
Vanda güclü zəlzələ olub
Prezident İlham Əliyevdən İrana iki dildə mesaj: "Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və..."
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-ın məşhur nəşri yazır: “İran Pakistan vasitəsiylə Amerika ilə danışıqdan imtina edib” – Daha 3 ölkənin səyləri də nəticə vermir
Türkiyə-Azərbaycan Universitetinin rektoru: "Biz hər bir tələbə üzərində xüsusi həssaslıqla işləyirik" - MÜSAHİBƏ
Nadir şah Əfşardan yadigar qalan "Zindan"... - Deputatın oğlu bu nazirliyin də tenderini qazandı
"Haqqımız, uşaqların alın təri Əliyarın haramı olsun" - “Turan Tovuz”un prezidenti əsəbləşdi (VİDEO)
"Sosial şəbəkələrdə niyə təhqir olunmalıyam? - Elnarə Abdullayeva polisə şikayət edib
İran səmasında Çin istehsalı PUA vuruldu – Rəsmi Tehran iki müsəlman ölkəsindən izahat istədi
Veysəloğlu Şirkətlər Qrupunun dəstəyi ilə Aprel döyüşlərinin 10-cu ildönümünə həsr edilən “Zəfər Yolu” layihəsinin təqdimatı keçirilib - FOTOLAR
Güləş Federasiyasında qalmaqal - iki nəfər istefaya göndərildi
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı 12 milyon manatlıq qalmaqal - Taleh Heydərov şirkət rəhbəri ilə məhkəmədə razılaşıb? (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
Əli Nağıyev: "Azərbaycan əleyhinə yönələn kəşfiyyat-pozuculuq və..." - DTX-də tədbir keçirilib (VİDEO)
PREZİDENT BU ŞƏXSLƏRİ TƏLTİF ETDİ - Sərəncam + SİYAHI