Bakı-Ufa aviareysləri bərpa edilir

img

14-06-2022 [17:30]


“Azərbaycan Hava Yolları” QSC-nin törəmə müəssisəsi “Buta Airways” Rusiyanın Ufa şəhərinə uçuşları bərpa edir.

Mia.az “Buta Airways” şirkətinə istinadla bildirir ki, aviareyslər iyulun 3-dən etibarən həftədə iki dəfə - cümə axşamı və bazar günləri həyata keçiriləcək.

Qeyd edilir ki, biletləri butaairways.az rəsmi saytından (“Büdcə”, “Standart” və “Super” tarifləri üzrə), həmçinin aviaşirkətin akkreditə olunmuş agentliklərindən (yalnız "Super" tarifi üzrə) əldə etmək mümkündür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA