“Qəbələ” “Qaziantep” və “Çiksereda” klubu ilə yoxlama oyunu oynayacaq

img

14-06-2022 [16:27]


“Qəbələ” klubu 2022/2023 mövsümünün hazırlığına iyunun 15-də start verəcək.

Mia.az xəbər verir ki, “qırmızı-qaralar” Qəbələdə bir araya gələcək.

İyunun 30-dək davam edəcək təlim-məşq toplanışında bir yoxlama oyununun keçirilməsi planlaşdırılır.

Elmar Baxşıyevin baş məşqçi olduğu komanda iyulun 3-də Türkiyəyə yollanacaq. Əyalət klubu Boludakı “Termal” otelində məskunlaşacaq. Ayın 13-dək davam edəcək hazırlıq prosesində 2 yoxlama matçı baş tutacaq. “Qəbələ” iyulun 5-də Türkiyənin “Qaziantep”, iyulun 12-də Rumıniyanın “Çiksereda” klubu ilə qarşılaşacaq.

Komandanın yeni mövsümə hazırlıq prosesinin növbəti bölümü UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin sabah təşkil olunacaq püşkatmasına əsasən müəyyənləşəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA