Ukrayna ordusu Donetskdə rus hərbçilərə ağır zərbə vurub: 3 kənd azad edilib, 15 km irəlilənib - “Düşmən artilleriyası bir dəqiqədə susmur"

img

13-06-2022 [18:57]


“Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin 3 kəndini Rusiya qoşunlarından azad edərək cəbhə xəttində 15 km irəliləyiblər”.

Bu barədə Ukrayna Birləşmiş Qüvvələrinin Qruplaşması bildirib.

“Düşmən artilleriyası bir dəqiqədə susmur. Onların üstünlüyü cəzasız qalmır. Bizim hər cavabımız işğalçıya itki bahasına başa gəlir”, -məlumatda qeyd olunub.

Bildirilib ki, Ukrayna Silahlı Qüvvələri təkcə müdafiə olunmur, həm də tədricən irəliləyirlər: “Donetsk vilayətində 3 kənd azad edilib, cəbhə bölgəsində 15 km irəliləmişik”.

Məlumata əsasən, Ukrayna müdafiəçiləri Rusiya qoşunlarının hərbi texnikasını da məhv edib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA