Nazirdən şagirdlərin qəzaya düşməsinə reaksiya: "İstəməzdik ki, belə hallar olsun, amma..."
13-06-2022 [14:23]
“İki tədbiri bir-birindən ayırd etməliyik. Biri dövlət qurumu tərəfindən keçirilən, biri də valideyn qruplarının təşkil etdikləri tədbirlərdir”.
Mia.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev şagirdlərin qəzaya düşməsi barədə açıqlamasında deyib.
O bildirb ki, nazirlik Şuşaya da səfər təşkil edib: "Təxminən 300-ə yaxın şagird getmişdi. Burada biz aidiyyəti qurumlarla əməkdaşlıq etmişdik. Hansısa valideynlər öz övladları ilə harasa getmək istəyirsə, bu halda tövsiyə edərdim ki, ehtiyatlı olsunlar”.
Nazirin sözlərinə görə, dövlət qurumlarının təşkil etdiyi tədbirlər zamanı müvafiq tədbirlər görülür. E.Əmrullayev bildirib ki, daim səhiyyə qurumları ilə, polislə əməkdaşlıq edilir: “Təşəkkür edirəm ki, bu istiqamətdə bizə dəstək olurlar. Amma ayrı-ayrı valideyn qruplarının belə tədbirlər təşkil etməsinə nəzarət bir o qədər asan məsələ deyil. Çünki Azərbaycan azad ölkədir və istənilən valideyn qrupu öz övladları ilə harasa gedə bilərlər. Bu zaman qəzaların baş verməsi nə qədər xoşagəlməz olsa da, heç kim bundan sığortalanmayıb. Məktəb rəhbərliyi tərəfindən kütləvi tədbirlər təşkil olunarsa, mütləq qaydada dövlət strukturlarından, Təhsil Nazirliyindən dəstək almaq imkanları var”.
Təhsil nazirinin sözlərinə görə, hazırda məsələ Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nəzarətindədir: “Biz istənilən halda, həmişə uşaqların yanındayıq və istəyirik ki, hansısa mürəkkəbləşmə olmasın. Qəza nəticəsində xəsarət alan uşaqlar var. Onların müalicəsi davam etdirilir. Şükür ki, daha ciddi fəsadlar olmayıb. Gələcəkdə inanırıq ki, bu məsələni təşkil edənlər diqqətli olacaqlar. İstəməzdik ki, belə hallar olsun, amma Azərbaycanda yol qəzaları olur”.
Qeyd edək ki, iyunun 12-də Qəbələdən Bakıya hərəkət edən sərnişin avtobusu Şamaxının "Acı dərə" deyilən ərazsində qəzaya düşüb. Nəticədə avtobusda olan Bakı şəhəri 279 nömrəli məktəbin şagirdləri, onların sinif rəhbəri və valideynlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
ABŞ 75 ölkə üzrə viza prosedurunu dayandırdı - Siyahıda Rusiya, Brazilya və İran da var
Fransa İrana peyk terminalları göndərməyə hazırlaşır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı
"4 obyekt üzrə tikinti norma və qaydalarına riayət edilməyıb" - Palatanın tələbi icra olunub
Jurnalist Kamil Həmzəoğluya ağır itki üz verib
"Xankəndi" komandasında baş məşqçi dəyişib