Rusiyanın Ukraynadakı itkiləri ilə bağlı son məlumat açıqlandı

img

13-06-2022 [11:31]


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.

Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 32300 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 1432 ədəd tankı, 3 492 ədəd zirehli döyüş maşını, 718 ədəd artilleriya sistemi, 226 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 97 hava hücumundan müdafiə sistemi, 213 ədəd hərbi təyyarəsi, 178 ədəd helikopteri, 2 460 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 585 ədəd dronu, 125 qanadlı raket və 54 ədəd xüsusi texnikası məhv edilib".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA