Bakıda "Formula 2": qalib bəlli oldu (Yenilənib)

img

12-06-2022 [12:11]


Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub. 

Mia.az xəbər verir ki, 29 dövrənin yekununda "Prema Racing"dən Dennis Hauger bütün rəqiblərini qabaqlayıb. 

"Carlin"dən Logan Sargeant ikinci, "MP Motorsport"dan Felipe Druqoviç üçüncü yeri tutub. Ümumilikdə 6 pilot yarışı sonadək davam etdirə bilməyib. 

Belə ki, "Charouz Racing System"də çıxış edən türkiyəli pilot Cem Bölükbaşı qoruyucu səddə çırpılıb.

Bundan əlavə, DAMS komandasından israilli Roy Nissani də eyni aqibəti yaşayıb. Nəticədə onlar mübarizəni dayandırıblar.

***

Bakıda keçirilən "Formula 2" üzrə Azərbaycan Qran-prisində əsas yarış başlayıb.

Mia.az xəbər verir ki, 29 dövrənin yekununda qalib bəlli olacaq.

"Hitech Grand Prix" komandasından Yuri Vips sıralama turunda ən yaxşı nəticəni göstərmişdi. "Carlin"dən Liam Louson ikinci, "Prema Racing"dən Dennis Hauger üçüncü olub.

Qeyd edək ki, əsas yarışında iki pilot "Campos Racing" komandasının pilotu Olli Caldwell "Van Amersfoort Racing"in sürücüsü Amaury Cordeellə toqquşub.

Onu da Qeyd edək ki, saat 15:00-da "Formula 1"də əsas yarışa start veriləcək və yekunda qalib müəyyənləşəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA