"Bursaspor"la Namik Ələskərovla yollarını ayırıb

img

12-06-2022 [18:05]


Türkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərovla yollarını rəsmən ayırıb.

Mia.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin müqaviləsi ləğv edilib.

Onun sözləşməsinin ləğvi Türkiyə Futbol Federasiyasında qeydə alınıb.

Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"la ötən ilin yayında 2+1 illik müqavilə imzalamışdı. "Timsahlar" II liqaya düşdüyündən və orada legionerlərin çıxışına icazə verilmədiyindən, əcnəbi oyunçularla yollar ayrılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA