Bu uşaqlara 265 manat kompensasiya veriləcək - Hökumətdən qərar

img

10-06-2022 [20:15]


Nazirlər Kabineti daha bir qərar verilib.

Mia.az xəbər verir ki, qərara əsasən, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsinin yaxşılaşdırılması tədbirləri haqqında” qərarında dəyişiklik olunub.

Belə ki, bundan sonra valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsini yaxşılaşdırmaq məqsədilə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar arasından olan şəxslərə aliorta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasında (bundan sonra - AMEA) təhsil aldıqları müddət ərzində dərslik və dərs ləvazimatları alınması təhsil aldığı müəssisənin və ya AMEA-nın vəsaiti hesabına təmin edilməli və yaxud həmin dərslik və dərs ləvazimatları əvəzinə 265 manat məbləğində pul kompensasiyası ödəniləcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA