Azərbaycan komandoları şərti düşməni zərərsizləşdirib

img

10-06-2022 [12:29]


Quru Qoşunlarının döyüş hazırlığı planına əsasən, Əməliyyat (Komando) hərbi hissələrinin şəxsi heyəti ilə taktiki-xüsusi təlimlər keçirilib.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, əldə edilən kəşfiyyat məlumatına əsasən şərti düşmənin diversiya qrupunun təxribat törədəcəyi ehtimal olunan ərazi müəyyənləşdirilib.

Komandolar əməliyyat rayonunun dərinliyinə sızaraq müvəqqəti sığınacaqların mühasirəyə alınması və şərti düşmənin zərərsizləşdirilməsi tapşırıqlarını müvəffəqiyyətlə yerinə yetiriblər.

Keçirilən təlimlərin əsas məqsədi şəxsi heyətin dağlıq ərazilərdə taktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA