"Nərmin işi": Məhkəmədə mübahisə düşüb, hakim iki şahidi zaldan çıxarıb
09-06-2022 [16:51]
Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mia.az APA-ya istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən iclasda Nərmin Quliyevanın əmisi Arif Quliyev yenidən ifadə verib.
O, əvvəlki prosesdə ifadə verən kənd sakini Ülfət Əliyevin ifadəsi əsasında məhkəməyə çağırılıb. Ülfət Əliyev məhkəmədə Nərminin meyiti tapılmamışdan iki-üç gün əvvəl Arif Quliyevin onlara gələrək gecə Nərminə aid paltar ya ayaqqabının onların qapısına atıla biləcəyini dediyini bildirib.
Bu ifadəyə görə Arif Quliyev məhkəmədə Ülfət Əliyevlə üzləşdirilib. O, prosesdə Ülfət Əliyevə elə bir söz demədiyini, onu niyə belə ifadə verməsinə təəccübləndiyini bildirib:
“Mən onlara yanvarda yox, noyabrda getmişəm. Onda uşağı hər yerdə axtarırdıq, onlara da uşağı axtarmağa getmişdim".
Ülfət Əliyev isə onun yalan danışdığını deyib: "Niyə yalan deyirsən? Ayıbdır. Ad gününə görə yanvarın 1 və 2-də mənim qonaqlarım vardı. Ona görə dəqiq yadımdadır ki, ayın ya 3-ü, ya da 4-ü idi. Yoldaşım gəldi ki, Arif səni çağırır, çıxdım, onda dedin..."
Arif Quliyev Ülfət Əliyevlə aralarında heç bir problem olmadığını, onu yalan danışmayan biri kimi tanıdığını deyib.
Daha sonra məhkəmədə ittiham olunan şəxslə təcridxanada eyni kamerada saxlanılmış Rəvan İsmayılov ifadə verib. Rəvan İsmayılov əvvəlki ifadəsində İlkin Süleymanovun yuxuda uşaq öldürdüyünü sayıqladığını deyib. Digər kamera yoldaşları isə ifadələrində İlkin Süleymanovun kamerada təqsirsiz olduğunu dediyini açıqlayıblar. Həbsdə olduğu üçün əvvəlki prosesdə onlayn qaydada ifadə verən Rəvan İsmayılov məhkəməyə gətirilib.
İlkin Süleymanovun vəkilləri şahidin təkrar ifadə verməsi barədə vəkillərin, prokurorun vəsatət vermədiyini, ona görə də onun məhkəməyə gətirilməsinin əsassız olduğunu bildiriblər.
Hakim isə prokurorun ötən məhkəmədə Rəvan İsmayılovun təkrar dindirilməsini istədiyini qeyd edib.
Rəvan İsmayılov ifadəsində bildirib ki, İlkin Süleymanovun təqsirsiz olması barədə digər kamera yoldaşlarına heç nə deməyib. O, İlkin Süleymanovun kamerada uşağı öldürdüyünü etiraf etdiyini bildirib.
Vaxtilə İlkin Süleymanovla eyni kamerada saxlanılan iki nəfər isə prosesdə Rəvan İsmayılovun yalan danışdığını deyib.
Hakim Dadaş İmanov onların zaldan çıxarılmasına göstəriş verib.
Proses iyunun 14-də davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
Mia.az
Kylian Mbappe zədələndi
"Amazon"da kütləvi ixtisara start verildi - 14 min işçi yola salınır
Ərəstun Oruclu da Baş Prokurorluğa çağırılıb
Müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb - 5 maddə ilə
Azərbaycan əhalisinin sayı açıqlandı
Altay Göyüşov Baş Prokurorluğa çağırılıb - Açıqlama
Vaqif Allahverdiyev Baş Prokurorluğuna çağırılıb
Nazirliyin Şirvandakı zavodunda qəza: ölən var (Yenilənib)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Qalatasaray"ın icarədə olan futbolçusu: "Geri dönməyəcəyəm"
RƏSMİ BAKI RUSİYAYA NOTA VERDİ - Rus səfir XİN-ə çağırıldı
Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb
Türklər kimi ölkə başçısı görmək istəyir? - SORĞU
"Bakcell"in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
"Beşiktaş"da nə baş verir? - İlə 6 milyon avro sabit maaş alan futbolçu oyuna çıxmaqdan imtina edir
Prezident İlham Əliyev daha bir fərman imzaladı - AYNA ilə bağlı
Prezident Agentlik sədrinə yeni vəzifə verdi - Fərman
"Bakı Metropoliteni"ndə daha bir dəyişiklik - Yeni rəis kimdir?
Baltalanan qadın İcra Hakimiyyətinin mühasibi imiş
BU SAAT 2.3 MİLYON MANATA SATIŞA ÇIXDI - FOTOLAR
Bakıda narkotik satışı ilə məşğul olunan şəxslər saxlanılıb
Türk ölkələrinin kəşfiyyat rəhbərləri Xankəndidə: "Məlumat mübadiləsinin daha intensiv aparılması vacibdir" - FOTOLAR
Azərbaycanın Ukraynadakı səfirliyinin binası və maşınlarına ciddi ziyan dəyib - Rusiyanın hücumu nəticəsində + FOTOLAR
“ARB TV” MMC-nin fəaliyyətinə xitam verilir
“Bakı Metropoliteni” 586 min manatı "məsləhət"ə xərcləyəcək
"Səs” qəzeti fəaliyyətini dayandırıb? - Bir-birini təkzib edən açıqlamalar (Yenilənib)
Nizami rayonunda sürətlə artan qanunsuz tiklilər və ya icra başçısının istehza doğuran qərarı...
Xankəndidə mənzillər satışa çıxarılacaq
Adnan Əhmədzadənin Ramiz Mehdiyevin nəvəsi ilə əlaqəsi... - Sensasiyalı iddia yayıldı
Prezident İlham Əliyev Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edib - Müzakirə
Qadın tualetində gizli kamera tapıldı - FOTO
Sabah hava necə olacaq? - Proqnoz
Sabirabadda qardaş bacısını güllələyib
QARABAĞIN İKİ KƏNDİNƏ NÖVBƏTİ KÖÇ OLUB
"Şərurlu İsfəndiyar" məhkəmədə: "Möhtərəm hakim, sizdən narazıyam"
Göygölün yeni icra başçısı kollektivə təqdim olunub - FOTO
Sabiq prezidentə yumurta ilə hücum olub - "Alçaq!"
TƏHSİLİ GÖZLƏYƏN TƏLATÜM... - Kamran Əsədov yazır