Zakir Həsənov Pakistanın Qərargah Rəisləri Komitəsinin sədri görüşüb - Türkiyədə (FOTO)

img

09-06-2022 [12:14]


"Efes-2022'" çoxmillətli təlimini izləmək üçün Türkiyədə işgüzar səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza ilə görüşüb.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, səmimi görüşdə Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlıqdan məmnunluq ifadə olunub, gələcək perspektivlər müzakirə edilib.

Xatırladaq ki, Z.Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyə Müdafiə Sənayesi Nazirliyinin təşkil etdiyi sərgini ziyarət edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA