DAHA BİR POLKOVNİK SAXLANILDI 

img

08-06-2022 [11:54]


Müdafiə Nazirliyinin Mərkəzi Həkim Komissiyasının sabiq rəisi həbs edilib.

Mia.az lent.az-a istinadən xəbər verir ki, tibb xidməti polkovniki Azad Abdullayev Cinayət Məcəlləsinin 312.2-ci (Vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilir.

O, bir müddət əvvəl Respublika Hərbi Prokurorluğunda başlanmış cinayət işi üzrə tutulub.

Cinayət işinin ibtidai istintaqı yekunlaşaraq baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA