"Zaman ötdükcə Moskva belə bir vəziyyətə uyğunlaşa bilər" - Amerikalı ekspertlərdən birgə təhlil
08-06-2022 [10:49]
ABŞ-ın “Nyu-York Tayms” qəzetində “Rusiya yıxılıb. Amma bu hələ son deyil” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifləri Yeni Amerika Təhlükəsizlik Mərkəzinin baş elmi işçiləri, milli təhlükəsizlik, Rusiya və çağdaş müharibələr üzrə ixtisaslaşmış ekspertlər Andrea Kendall-Teylor və Maykl Kofmandır.
Mia.az Novator-a istinadla həmin məqalənin tərcüməsini diqqətinə çatdırır:
"Ukrayna müharibəsi, şübhəsiz, Rusiyanın bir böyük güc kimi nüfuzuna ciddi xələl gətirdi.
Kremlin Ukraynada üzləşdiyi uğursuzluqlar, o cümlədən paytaxt Kiyev ətrafından geri çəkilməsi, buraxdığı taktiki səhvlər rus ordusunun imicinə ağır zərbə vurdu.
Ziyan çəkən təkcə Rusiyanın reputasiyası deyil, ölkənin özünə daha böyük ziyan dəyib: indiyədək Ukraynada gedən döyüşlərdə Rusiya canlı qüvvə və hərbi texnika sarıdan ciddi itkilərə məruz qalıb. Tətbiq olunan sanksiyalar, düşünən beyinlərin ölkəni tərk etməsi Rusiyanın onsuz da zəif olan iqtisadiyyatına ardıcıl zərbələr vurur.
ABŞ və Avropada bir çoxları artıq Rusiyanı bir vaxt yüksək statusunu itirmiş Potyomkin hakimiyyəti kimi rədd etməyə çalışır. Hərbi cəhətdən nimdaşlaşmış, sanksiyalarla yüklənmiş Kreml, belə görünür ki, Qərbi daha əvvəlki qədər narahat etmir. Bu baxımdan Rusiyanın Qərbə yaratdığı təhlükənin Ukrayna torpağında iflasa uğradığını söyləmək mümkündür.
Ancaq qəti hökm vermək də tezdir. Bəli, Rusiya prezidenti Vladimir Putin hərbi iflasa yol açan, ölkədəki nisbi iqtisadi sabitliyi pozan strateji səhvlər buraxıb. Lakin Rusiyanın kitabının bağlandığını düşünmək də hələ tezdir. Ukraynadakı uğursuzluğa baxmayaraq Rusiya hələ ki, ABŞ-a, Avropaya ciddi şəkildə meydan oxumaq iqtidarındadır. Ola bilsin, Rusiya çöküb, amma axıracan yox.
Efirimiz məhv edilən rus tanklarının görüntüləri ilə dolub-daşıb. Rusiya ordusunun döyüşlərin üç ayında pərən-pərən düşdüyü həqiqətdir. Rusiya döyüşə atılan tank qoşunlarının 25 faizə qədərini, 30-dan çox təyyarəsini və 10 mindən çox əsgərini itirib. Dəqiq say məlum olmasa da, itkilərin ağırlığı danılmazdır. Aydın məsələdir ki, Rusiya var qüvvəsini cəmləyib, səfərbərliyə getmədən müharibənin öhdəsindən gəlməyə çalışacaq.
Bununla belə, zahiri görünüş aldadıcı ola bilər. Unutmayaq ki, rus ordusunun ilkin uğursuzluqlarının çoxu Putinin müharibənin qısa sürəcəyi barədə xülyasının nəticəsi idi. Rusiya qoşunları müharibəyə ciddi şəkildə hazırlaşmamış, lazımınca təşkilatlanmamışdı.
Son həftələrdə isə vəziyyətin dəyişdiyi duyulur. Rusiya diqqətini Ukraynanın şərqindəki Donbas bölgəsinə yönəldib. Kreml öz hərbi hədəflərinə yenidən baxmaqla ordusunun əvvəlki səhvlərini düzəltməyə başlayıb. Rusiya Ukraynanın bəzi bölgələrdə hərbi üstünlüyünün dayanıqsız olduğunu nümayiş etdirə-etdirə tədricən irəliləyişə nail olur.
Ukrayna müharibəsinin Rusiya hərbi arsenalının əsas, dağıdıcı gücünü cüzi zəiflətdiyi də faktdır. Birləşmiş Ştatları, NATO-nu ən çox modernləşdirilməmiş sovet tankları və ya köhnəlmiş Rusiya təyyarələri narahat edir. Rusiyanın sualtı qayıqları, aviasiya və raket kompleksləri, radioelektron vasitələri, peyk əleyhinə sistemləri və müxtəlif növ nüvə arsenalı isə demək olar toxunulmamış, Ukrayna müharibəsində faktiki istifadə olunmamış qalır. Bütün bu imkanlar hələ də Kremlin ixtiyarındadır.
Əlbəttə, Rusiya iqtisadi cəhətdən əziyyət çəkir. Ölkə vətəndaşları beynəlxalq sanksiyaların, ixrac nəzarətinin, Avropanın Rusiyanın enerji resurslarından imtina etmək cəhdlərinin ağırlığını aylar sonra hiss edəcəklər.
Rusiya hökumətinin xəzinəsi hələ doludur: son qiymətləndirməyə görə, ölkədə aprel ayında aylıq ixracın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 60%-dən çox artıb. Düzdür, bu artım neft-qaz satışı hesabına başa gəlib. Düzdür, Rusiyanın neft-qaz sektoru Avropanın sanksiyalarına məruz qalmaqdadır, ona görə Moskva öz neftini, qazını bəzən ucuz qiymətə satmağa məcbur olur. Amma istənilən halda həyati əhəmiyyət daşıyan bu gəlirlər var və zaman ötdükcə Moskva belə bir vəziyyətə uyğunlaşa bilər.
İstənilən halda Rusiya öz hərbçilərini iqtisadi tənəzzülün fəsadlarından kənarda saxlayacaq. Kreml pulu insanlara deyil, silahlara xərcləməyə vərdişkardır. Rusiya iqtisadi cəhətdən ən gərgin vaxtlarında da belə edib. Ona görə ölkədə Putinin hərbi büdcəni kəsməyəcəyi sarıdan bir əminlik hökm sürür. İxrac nəzarəti idxal komponentlərindən asılı olan silahların istehsalını çətinləşdirsə də, Rusiyanın müdafiə sənayesi vəziyyətə uyğunlaşmaq, sanksiyalardan yan keçməyin yollarını tapmaq təcrübəsinə malikdir.
Rusiya beynəlxalq aləmdən heç də bizim düşündüyümüz qədər təcrid olunmayıb. ABŞ və Avropa rus işğalına qarşı birgə cavab tədbirləri görməkdədir və yenidən canlanan NATO, çox güman, tezliklə Finlandiya və İsveçi də öz sıralarına qəbul edəcək. Hindistan və Cənubi Afrika kimi bir çox regional əhəmiyyətli ölkələr isə Moskva ilə uzunmüddətli əlaqələrini qoruyub saxlayır, çünki bu dövlətlər Rusiyadan imtina etməyə hazır deyillər.
İqtisadi sanksiyalara qoşulacağı təqdirdə öz əhalisinin dolanışıq xərclərinin artacağından və daxildə qeyri-sabitlik yaranacağından narahat olan başqa ölkələr də var, onlar da tərəf seçməkdən imtina edirlər. Afrikanın heç bir ölkəsi Rusiya əleyhinə sanksiya tətbiq etməyib, Yaxın Şərq özünü sığortalamaqla məşğuldur. Çinə gəlincə, sözsüz ki, Rusiya onun dəstəyinin davam edəcəyinə arxalanır.
Rusiyada birbaşa Putin rejiminin təhlükə altında olduğundan xəbər verən inandırıcı bir dəlil görünmür. Kremlin müstəqil medianı daha da boğan, müxalif fikirləri daha da yasaqlayan qərarları müharibə əleyhinə əhval-ruhiyyəni yatırıb.
Əhali arasında qatı millətçi ritorikanın təsiri altında müharibəni dəstəkləyən xeyli insan var. Putin onların hisslərini təmin etməyin yollarını tapmalı və Rusiyanın hələ də qorxulu güc olduğunu nümayiş etdirməlidir.
Bu, təhlükəlidir. Putin özünü nə qədər zəif hiss etsə, onun dezinformasiya kampaniyalarına, məxfi əməliyyatlara və nüvə silahına əl atması ehtimalı bir o qədər artacaq. NATO ilə qarşıdurma yaransa, Rusiyanın nüvə gərginliyindən savayı nəyəsə gedəcəyi ağlabatan deyil.
Ona görə Ukrayna və ya onun Qərbdəki himayədarları rus işğalını dəf etmək üçün istənilən zərbəni endirmək fikrindən daşınmalıdır. Ancaq ABŞ və onun müttəfiqləri müharibənin əhatə dairəsindən asılı olmayaraq Rusiyanın yarada biləcəyi istənilən problemin öhdəsindən gəlməyə hazır vəziyyətdə olmalıdır.
Yadda saxlamaq lazımdır ki, Rusiya hakimiyyəti çox durğunluq, tənəzzül və dirçəliş dövrlərindən keçib. Rusiya üzərində triumfal qələbə iddiasına düşməmək, müştəbehliyə qapılmamaq müdrik siyasət olardı. Bəli, Putin səhv edib, amma bu hələ o demək deyil ki, Putin ölümcül səhvə yol verib.
Tarixçi Stiven Kotkinin dediyi kimi, Rusiyanın özünü bərpa etmək, yıxılanda durmaq baxımından güclü tarixi ənənəsi, heyrətamiz bacarığı var.
Soyuq müharibə bitəndən sonra Rusiya Qərblə güc yarışına ara verdi, Qərb bir müddət rahat nəfəs aldı. Amma bu çox qısa sürdü. Hətta o qədər qısa ki, Stiven Kotkin həmin müddəti “tarixin bir göz qırpımı” adlandırır.
Başqa sözlə desək, Rusiya heç hara getməyib, o, Qərb üçün başağrısı olaraq qalmaqdadır.
Mia.az
Prezident İlham Əliyev daha bir sərəncam imzalayıb
Bakıda və rayonlarda güclü külək əsəcək - Xəbərdarlıq
PREZİDENT ONU TƏLTİF ETDİ - FOTO
İngilislər Arda Gülər üçşün 150 milyon təklif edib? - İspaniya mediasından şok iddia
"Bunu qəbul edən həmin kütlə mənə lazım deyil"
Rektor generalın həyat yoldaşını yeni vəzifəyə təyin edib - FOTO
Beyləqanda ər arvadını bıçaqlayıb
Milli Məclisdə tələbələrin iştirakı ilə ictimai dinləmə keçiriləcək
Ukrayna ilə Böyük Britaniya ilə "100 illik tərəfdaşlıq” sazişi qüvvəyə mindi: "Bu, bizim ittifaq gücümüzü ikiqat artırır”
Türkiyə Liviya vətəndaşları üçün vizanı sadələşdirib
Paşinyan: "İranla sərhəd körpüsünün tikintisi gündəlikdə qalır"
Əli Əsədov Qırğızıstan prezidenti ilə görüşdə iştirak edib
Qəzzada daha 79 nəfər ölüb - 288 nəfər isə yaralanıb
Zaur Axundov "Silk Vey Vest"dən nə qədər qazanır? - Hesabat
16 yaşlı Ceyhun Nəcəfova hökm oxundu - Sinif yoldaşını öldürüb!
Onlar bu komitə yanında İctimai Şura üzvü seçildilər - SİYAHI
Zakir Həsənov Çinə gedib
AFFA bəzi klubları və futbolçuları cəzalandırıb
Sabah yağış yağacaq - Proqnoz
Prezident İlham Əliyev Avropa İttifaqının komissarını qəbul edib - Nələr müzakirə olunub?
Müəllim MÜTDA rəhbərini ələ saldı: "Cənab Eşqi Bağırov,odun peçinə uzbe qoşsaq, printer işləyər? - "Nazirimiz problemlərdən elə danışır, elə bil..."
Türkiyədə yeni nazirlik yaradılır
Türkiyəli aktyor xəstəxanadan çıxdı - FOTO
Əli Əsədov Qırğızıstana gedib
Milli Məclisdə dinləmə keçiriləcək
"Harda yazılıb ki, xanəndə botoks etdirə bilməz?" - "Qarayaxma kampaniyaları aparan və həmin yazıları yazdıran adamlar..."
“Əsrlərin sədasında xalça sehri” sərgisi açılıb
Rusiyada azərbaycanlı iş adamı kimin qəzəbinə tuş gəlib? - Nəsimi Məmmədov həbs etmək istəyirlər
Türkiyədə İŞİD-ə qarşı növbəti əməliyyat: 51 şübhəli tutulub
Gürcüstanda SOCAR-ın avtomobilinə silahlı hücum olub - FOTO
ChatGPT-də yeni qadağalar olacaq
Çempionlar Liqası: bu gecə daha 6 oyun olacaq
Azərbaycan nefti cüzi bahalaşıb
69 manata məzar yeri var ki? - Qəbiristanlıqlarda torpaq bahalaşıb
Britaniya Fələstin dövlətini tanıyacaq - Bu həftə
“Yuventus” türk futbolçunun maaşını qaldırdı - 6 milyon avroya
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED uçot dərəcəsi barədə qərarını açıqlayıb