Zelenski: "Ukrayna bütün ərazilərini qaytarmağa hazırlaşır, Putinlə görüş isə..."

img

07-06-2022 [17:51]


“Ukrayna inanılmaz müdafiə olunaraq, Rusiyaya təslim olmadı".

Mia.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski növbəti paylaşımında yazıb.

O bildirib ki, Ukrayna dünyanın ikinci ən qüdrətli ordusunun işğalının qarşısını alıb: "Rus ordusunu yavaş-yavaş öz ərazimizdən çıxarırıq. Heç kim ukraynalılardan bu miqyasda cəsarəti gözləmirdi. Ancaq bu miqyas var. Bu, bizim azadlıq və dəyərlərimiz uğrunda mübarizəyə hazır olmağımızın xarakterinin özəlliyidir”.

Zelenski xarici mətbuata müsahibəsində isə deyib ki, Ukrayna bütün ərazilərini qaytarmağa hazırlaşır: "Biz texnologiya baxımından geridəyik, ona görə də hücum edə bilmirik. Daha çox itki verəcəyik və insanlar mənim prioritetimdir. Qərb sanksiyaları Moskvanın mövqeyinə əslində təsir göstərməyib və qələbə döyüş meydanında əldə edilməlidir".

Zelenski bununla bərabər bildirib ki, Rusiya ilə sərhədlər müharibə başlayana qədər olduğu vəziyyətə qayıtmayana qədər Putinlə sülh danışıqlarına başlamaq mümkünsüzdür.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA