Nazir: "Azərbaycanda meymunçiçəyi virusuna yoluxma halı qeydə alınmayıb"

img

06-06-2022 [17:25]


"Dünyada meymunçiçəyi virusuna yoluxan xəstələrin sayı artsa da, Azərbaycanda həmin virusa yoluxma halı qeydə alınmayıb".

Mia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında səhiyyə naziri Teymur Musayev deyib.

Onun sözlərinə görə, meymunçiçəyi virusu ilə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının istər ölkə, istərsə də Avropa Bürosu ofisləri ilə mütəmadi olaraq təmasdadırlar: "Azərbaycanda meymunçiçəyi virusunun yayılmasına şərait yaradan amillər yoxdur. Ümid edirik ki, əhalinin gigiyenik qaydalara riayət etməsi həmin virusun ölkəmizdə yayılmasına imkan verməyəcək”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA