Kəşfiyyat: "Severodonetsk şəhərində şiddətli döyüşlər davam edir və..."

img

06-06-2022 [10:07]


"Donbasda Severodonetsk şəhərində şiddətli döyüşlər davam edir və Rusiya qüvvələri Ukrayna qüvvələrini mühasirəyə almağa cəhdləri çərçivəsində Slavyanska doğru irəliləməyə davam edir".

Mia.az xəbər verir ki, bu məlumatı Böyük Britaniya Müdafiə Nazirliyinin kəşfiyyatı açıqlayıb.

Bildirilib ki, bununla yanaşı, iyunun 5-də səhər saatlarında Rusiyanın “X-101” qanadlı raketləri Kiyevdə dəmir yolu infrastrukturuna zərbələr endirib.

İddiaya görə, bu zərbələr Qərbin hərbi texnikasının Ukraynanın ön xətt bölmələrinə göndərilməsinin qarşısını almaq üçün endirilib: "Bununla bərabər, Rusiya Qara dənizdəki İlan adasına xeyli hava hücumundan müdafiə sistemləri yerləşdirib. Rusiyanın İlan adasındakı fəaliyyəti onun Ukrayna sahillərini blokadaya almasına yol açır və dəniz ticarətinin, o cümlədən Ukrayna taxılının ixracının bərpasına mane olur”.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA