ABŞ Ukraynaya yeni helikopterlər göndərir - FOTO

img

05-06-2022 [17:55]


ABŞ Ukraynaya yeni helikopterləri göndərir.

Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andriy Yermak teleqram səhifəsində yazıb.

“Ukrayna üçün Mi-17-lər artıq ABŞ Hərbi Hava Qüvvələri bazasında təyyarələrə yüklənir ”, - o bildirib.

Qeyd edək ki, ABŞ Əfqanıstana göndərilməsi nəzərdə tutulan Mi-17 helikopterlərini Ukraynaya təhvil vermək planlarını açıqlamışdı.

İlk dəfə 1981-ci ildə Parisdə keçirilən aviasiya-kosmik sərgisində nümayiş etdirilən Mi-17 helikopteri Rusiyanın Kazan və Ulan-Udedəki zavodlarında indiyə qədər 12 000 ədəddən çox istehsal edilib.

“Mi-17” helikopteri “Mi-8”in modifikasiyası kimi tanınır. Konstruksiyası əsasən “Mi-8” kimidir, həm mülki, həm də hərbi məqsədlərlə istifadə olunur. Helikopterə 24-ə qədər sərnişin və 12 sanitar xərəyi yerləşir/Report.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA