Beyləqanda silahlı insident: 60 yaşlı kişi 35 yaşlı həmkəndlisini güllələyərək öldürdü

img

05-06-2022 [10:48]


İyunun 5-i saat 08 radələrində Beyləqan rayonu Mayak qəsəbəsi ərazisində 1987-ci il təvəllüdlü Bəhruz Tağıyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Mia.az rayon prokurorluğuna istinadla bildirir ki, aparılmış araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1962-ci il təvəllüdlü Arif Məmmədovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı odlu silahdan iki dəfə atəş açaraq Bəhruz Tağıyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Arif Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:42 11.07.2025

Natiq Xankişiyev tutulub