Ərdoğanın prezident seçkilərində namizədliyi irəli sürülüb

img

04-06-2022 [23:57]


Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) Rəcəb Tayyib Ərdoğanı 2023-cü ilin yayında keçiriləcək prezident seçkilərində Xalq Alyansının namizədi kimi irəli sürüb.

Mia.az xəbər verir ki, bunu AKP-nin mətbuat katibi Ömər Çelik açıqlayıb.

Türkiyədə prezident və parlament seçkiləri 2023-cü ilin iyun ayına təyin edilib. Xalq Alyansı hakim blokuna AKP və ifrat sağçı Milliyyətçi Hərəkat Partiyası daxildir.

Bu arada müxalifət partiyaları hələlik öz namizədlərini açıqlamayıblar. Bundan əlavə, altı müxalifət partiyasının bloku növbədənkənar seçkilərin keçirilməsində israrlıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA