Prezident Nazirlər Kabinetinə əlavə səlahiyyət verdi - Fərman

img

03-06-2022 [18:47]


Prezident İlham Əliyev fərman imzalayıb.

Mia.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikası İqtisadi Şurasının Katibliyinin funksiyasının həyata keçirilməsi Azərbaycan Mərkəzi Bankından alınaraq, Nazirlər Kabinetina həvalə edilib.

İqtisadi Şuranın fəaliyyətinin təşkili ilə bağlı işləri Nazirlər Kabinetində fəaliyyət göstərən Şuranın Katibliyi həyata keçirəcək.

Şuranın Katibliyinin tərkibini Nazirlər Kabineti müəyyən edəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA