SABİQ İCRA BAŞÇISI PROKURORUN SUALLARINI CAVABLANDIRDI: bərbər Bakıdan zorla rayona niyə aparılıb? - “DOST” Vilyam Hacıyevə qarşı 300 minlik yeni iddia qaldırıb
03-06-2022 [14:55]
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
Mia.az xəbər verir ki, bugünkü prosesdə dövlət ittihamçısı sabiq icra başçısına suallar ünvanlayəb.
Prokuror ilk olaraq aztəminatlı ailələr üçün tikilmiş binadan başqa adamlara mənzil verilməsi ilə bağlı məsələyə aydınlıq gətirməsini tələb edib.
Vilyam Hacıyev sözügedən mənzildən qanunsuz kiməsə mənzil verilməsindən xəbərsiz olduğunu deyib: "2018-ci ildə 48 mənzillik sosial bina tikilməsi üçün sərəncam verilib. Daha sonra bununla bağlı xüsusi komissiya yaradıldı. Bütün məsələlərlə komissiya məşğul olub, mənim xəbərim olmayıb. Mənim tapşırığım bu idi ki, kimin növbəsidirsə ona ev verilsin".
Daha sonra prokuror "DOST" İş Mərkəzi ilə vətəndaşlar arasında iş müqaviləsi bağlanmasında İcra Hakimiyyətinin rolunun nədən ibarət olduğunu soruşub.
Vilyam Hacıyev həmin işlərlə İcra Hakimiyyətinin iqtisadiyyat şöbəsinin məşğul olduğunu bildirib. Sabiq başçı iş otağından əmək haqqı kartlarının çıxması ilə bağlı ittihamı da qəbul etmədiyini deyib: "O kartlar mənim otağımdan çıxmayıb. Olsaydı, çəkib göstərərdilər ki, mənim seyfimdən çıxıb".
Vilyam Hacıyev prokurorun İcra Hakimiyyətinin inzibati binasının tikintisinə, şəhərdə aparılan abadlıq işlərinə, aztəminatlı ailələr üçün ayrılan yardımların mənimsənilməsi ilə bağlı suallarına da təkzibedici cavablar verib. O, verilən ittihamları qəbul etməyib:
"İmişli rayon İcra Hakimiyyətinin baş mühasibi Cəmil Musayev, Maliyyə şöbəsinin müdiri Rəhim Rəhimovla aranızda hansı münasibətlər olub" sualına isə o, belə cavab verib: "İcra Hakimiyyətinin məsul işçiləri olublar, aramızda da yalnız tam rəsmi münasibət olub".
Dövlət ittihamçısının sualları bitdikdən sonra prosesdə Bakıda bərbər fəaliyyəti ilə məşğul olan Türkiyə vətəndaşının ifadəsi elan edilib. Sözügedən bərbər istintaq zamanı verdiyi ifadəsində pandemiya dövründə icra başçısının əli ilə rayona aparıldığını deyib: "Vilyam Hacıyev mənim müştərimdir. 2020-ci ildə pandemiya dövründə mənə zəng edib dedi ki, İmişliyə gəlməlisən. Mən də dedim ki, gələ bilmərəm. Sonradan məni qanunsuz yolla apardı".
Daha sonra hakim Vilyam Hacıyevin istintaq zamanı verdiyi ifadəni elan edib.
Sabiq icra başçısı və vəkili Elmar Kərimov hakimə, həmin ifadəyə etiraz ediblər.
Vilyam Hacıyev hüquq-mühafizə orqanı tərəfindən həbs olunan günü verdiyi ifadəni qəbul etmədiyini deyib. Təqsirləndirilən şəxs həmin vaxt özündə olmadığını və sadəcə, qol çəkdiyini bildirib.
Sual-cavab mərhələsi başa çatdıqdan sonra iclasda V. Hacıyevin ittiham olunduğu 228-ci maddə (qanunsuz silah saxlama) ilə bağlı ekspertiza rəyi açıqlanıb.
Bu zaman məlum olub ki, istintaq orqanı tərəfindən keçirilən əməliyyat zamanı Vilyam Hacıyevin evindən 6 ədəd döyüşə yararlı ov silahı, 65 ədəd isə patron aşkar edilərək götürülüb.
Vilyam Hacıyev həmin silahlarının qanuni olduğunu, patronların isə mağazadan aldığını deyib: "Mənim ovçuluq üçün icazəm var, Ovçular Birliyinin də üzvüyəm. Bütün silahlar da qanuni şəkildə, ov üçün alınıb".
Prosesin sonunda cinayət işi üzrə zərərçəkmiş DOST İş Mərkəzinin və Kürdəmir Regional Mədəniyyət İdarəsinin nümayəndələri mülki iddia qaldırıblar. DOST İş Mərkəzi 274 min 894 manat, Kürdəmir Regional Mədəniyyət İdarəsi isə 31 min manat məbləğində dəymiş ziyanın ödənilməsini istəyiblər.
Proses iyunun 6-da davam etdiriləcək.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
ABŞ 75 ölkə üzrə viza prosedurunu dayandırdı - Siyahıda Rusiya, Brazilya və İran da var
Fransa İrana peyk terminalları göndərməyə hazırlaşır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Fələstin İdarəetmə Komitəsi yaradıldı, rəhbıəri müəyyənləşdi - Üç ölkə birgə bəyanat yaydı
Ümit Karan Hava limanında saxlanılıb
Sevinc Osmanqızı və daha iki nəfər həbs olunub - TƏFƏRRÜAT
CEYHUN BAYRAMOVUN QARDAŞI YENİ VƏZİFƏYƏ TƏYİN EDİLDİ - Azər Bayramov Mikayıl Cabbarovun müavini oldu
"Qalatasaray"ın futbolçusu: "Çox peşmanam"
Milli komandaya tətbiq olunan sanksiya ləğv olundu
Qumralla aparıcı arasında dava düşdü - VİDEO
BÖLGƏ ADDIM-ADDIM XAOSA GEDİR - İran Türkiyə və daha iki ölkəni hədələdi: "Ölkənizdəki ABŞ bazalarını vuracağıq"
"Fənərbağça"nın hücumçusu "Everton"a "yox" dedi
Bakıda ana qızını bıçaqladı
Hakim sevgilisini güllələyən prokuror həbs edildi - İstanbulda gizli sevgi iki vəzifəli şəxsin karyerasını bitirdi (FOTO)
XİN sözçüsündən TRIPP icrası üzrə çərçivə sənədini şərh: "Bu, əməli işlərə başlamaq üçün mühüm addımdır"
Hikmət Hacıyev Ukrayna səfiri ilə görüşüb - Açıqlama + FOTO
Bolqarıstanda hökumət böhranı yaranıb - Ölkə yenidən seçkiyə gedir
İlham Əliyev "Mədəniyyət Konsepsiyası"nı təsdiqlədi - Nələr olacaq?
Prezident İlham Əliyev sərəncam imzalayıb
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Prezident İlham Əliyev iki sazişi təsdiqlədi
Bakıda beynəlxalq konfrans keçiriləcək - Hindistanın etnik azlıqlara qarşı repressiv siyasəti ilə bağlı
İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, "Həmkarlar" dəstək verdi - Görəsən AHİK belə hallarda hansı addımı atar?
Himayəçilik Şurasının tərkibi dəyişdi - Kimlər gəldi, kimlər getdi?
Əli Əsədov sərəncam imzaladı
Partiya sədri "ChatGPT"dən özünə "qadın müavin" götürüb
Azərbaycan Beynəlxalq Bankından 781 milyon depozit geri çəkilib
İrandakı etirazlara Azərbaycanda nəcə baxılır? - TƏHLİL
İsrail ordusu İordan çayının Qərb sahilində həbslərə başlayıb
Baha və ucuz məhsullar... - Statistika Komitəsi məlumat yaydı
“Best Beef”un servelat kolbasasında zəərli maddələr var?
Türkiyə universitetlərinə imtahan: sənəd qəbulu başlayıb
Bu bankların əmlakları hərraca çıxarıldı - Siyahı + Qiymət
Sosial şəbəkədə profilləri ələ keçirmək istəyən haker qandallandı
"4 obyekt üzrə tikinti norma və qaydalarına riayət edilməyıb" - Palatanın tələbi icra olunub
Jurnalist Kamil Həmzəoğluya ağır itki üz verib
"Xankəndi" komandasında baş məşqçi dəyişib