Abşeronda qətl: ata 35 yaşlı qızını öldürüb

img

03-06-2022 [13:39]


Abşeronda ata 35 yaşlı qızını öldürüb.

Mia.az rayon prokurorluğuna istinadla xəbər verir ki, iyunun 3-ü saat 12 radələrində Abşeron rayon sakini, 1987-ci il təvəllüdlü Jalə Davudovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla zərərçəkmişin atası, 1964-cü il təvəllüdlü İftixar Davudovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Jalə Davudovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İftixar Davudov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:42 11.07.2025

Natiq Xankişiyev tutulub