"Formula -1" biletlərinin əksəriyyəti satılıb

img

03-06-2022 [12:02]


""Formula-1" Azərbaycan Qran Prisi üçün biletlərin əksəriyyəti satılıb".

Mia.az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) milli mətbuat katibi Turab Teymurov deyib. O bildirib ki, Filarmoniya tribunası üçün biletlərin hamısı satılıb, digər tribunalarda isə çox az sayda boş yer qalıb:

"Alış-satış statistikası bizi çox sevindirir. Biletlərin 60 faizi xarici, 40 faizi isə yerli vətəndaşlara satılır. TOP üçlükdə hazırda Böyük Britaniya, ABŞ və Azərbaycandır. TOP onluqda isə Skandinaviya ölkələri üstünlük təşkil edir. Həmçinin İspaniya, Fransa və digər Avropa ölkələrindən də azarkeşlər fəaldırlar".


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:42 11.07.2025

Natiq Xankişiyev tutulub