"Nərmin işi": "İlkinlə eyni kamerada qaldıqdan sonra əmin oldum ki, o, cinayətkar deyil"
02-06-2022 [17:40]
Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə ittiham olunan İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib.
Mia.az Publika.az-a istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə İlkin Süleymanovla eyni təcridxanada saxlanan iki şahid dindirilib.
Şahid Eyvaz Əliyev deyib ki, ittiham olunan şəxsin nəyə görə tutulmasından xəbərdar olduğuna görə əvvəl onunla eyni kamerada saxlanmasını istəməyib. Lakin bir müddət sonra onun günahsız olduğuna əmin olub:
"Onun uşaq öldürdüyünə görə həbs olunduğunu eşitmişdim. Buna görə ona qarşı idim. Çünki mənim nəslimdən bir neçə nəfər Xocalı soyqırımı zamanı həlak olub. Sonradan isə mən üç övladımı və həyat yoldaşımı itirmişəm. İki ay yarım İlkinlə eyni kamerada qaldıqdan sonra əmin oldum ki, o, cinayətkar deyil. Əgər azca şübhəm olsaydı, inanın ki, mən onunla çörək kəsməzdim. Onu da deyim ki, İlkinə görə bizim kamera xüsusi nəzarətdə idi".
Şahid təqsirləndirilən şəxsin əleyhinə ifadə verən digər kamera yoldaşlarının dediklərinə də münasibət bildirib:
"Bizimlə bir qalan iki məhkum deyib ki, İlkin gecə sayaqlayan zaman Nərmini öldürdüyünü deyib. Yalandır. Məhkum Baxşəli Qəhrəmanov deyib ki, guya içəridə hörmətli biri olub. Həmin adam "əxlaqsızlıq yuvaları" təşkil etdiyinə görə həbs olunmuşdu. Təcridxanada da hörmətli məhkum olmayıb. Ondan türmədə məlumat yığmaq üçün istifadə edirdilər. Orada təcridxana rəisinə kimi hamı bilirdi ki, İlkin günahsızdır".
Şahid İlkin Süleymanovun əleyhinə ifadə verən digər kamera yoldaşı Rəvan İsmayılovun sözlərinə münasibət bildirərkən deyib ki, Rəvan İsmayılov təcridxanada olanda ona Nərminin sağ olduğunu deyib:
"Rəvan oğlunun canına and içdi ki, İlkin günahsızdır, Nərmin sağdır, onu Gürcüstana aparıblar".
Məhkəmədə ifadə verən İlkinin kamera yoldaşı Raqif Mirzəyev də ittiham olunan şəxsin günahsız olduğunu deyib:
"İlkin təcridxanaya gələndə pis gündə idi. Elə vəziyyətdə idi ki, yaxınlaşanda qorxurdu. Bir müddət keçdikdən sonra danışdı. Deyirdi ki, mənim vicdanım təmizdir, gec-tez ədalət yerini tapacaq".
Proses sabah davam etdiriləcək.
Xatırladaq ki, 2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ