BAYDEN UKRAYNAYA YENİ SİLAHLARIN GÖNDƏRİLƏCƏYİNİ AÇIQLADI: "Müasir silahlar və HIMARS raket sistemləri..."

img

01-06-2022 [21:40]


ABŞ Prezidenti Cozef Bayden Ukraynaya yeni müdafiə yardımı paketini açıqlayıb.

Mia.az NTV-yə istinadla xəbər verir ki, o, bu barədə bəyanatında deyib:

"Bu gün mən Ukrayna ordusuna lazımi yardım göstərmək üçün yeni təhlükəsizlik yardımı paketini elan edirəm. Ukrayna üçün əlavə maliyyə vəsaiti Konqresdə iki partiyanın dəstəyi ilə təsdiqlənib. ABŞ Ukraynanı daha çox silahla təchiz edəcək. Növbəti hərbi yardım paketinə müasir silahlar, o cümlədən HIMARS raket sistemləri daxildir".

Bayden daha sonra Rusiyanı təcavüzdə ittiham edib, Ukraynaya sarsılmaz dəstəklərini ifadə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA