Mehriban Əliyeva "Uşaq festivalı"ndan paylaşım edib - FOTOLAR

img

01-06-2022 [20:11]


Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Heydər Əliyev Mərkəzinin parkında təşkil olunan “Uşaq festivalı” ilə bağlı paylaşım edib.

Mia.az xəbər verir ki, paylaşımda deyilir: "Uşaq festivalı. 1 iyun".

Qeyd edək ki, iyunun 1-də Bakıda, Heydər Əliyev Mərkəzinin parkında “Uşaq festivalı” keçirilib. Heydər Əliyev Mərkəzinin təşkilatçılığı, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Nərimanov Rayon İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin dəstəyi ilə keçirilən tədbirdə uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri də iştirak ediblər. Parkda müxtəlif əyləncə və maarifləndirici proqramlar təqdim olunub.

img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA