Tələbə qızın telefonunu oğurlayandan iyrənc hərəkət: içindəki videoları yaydı, ölümünə səbəb oldu - TƏFƏRRÜAT
01-06-2022 [15:30]
Ötən ilin 27 noyabrında Yasamal rayonunda yerləşən "Qələbə Residence" yaşayış kompleksindən 19 yaşlı Fatimə Nemətovanın (ad və soyad şərti) özünü ataraq intihar etməsi hadisəsi ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Mia.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, gənc qızın telefonunu oğurlayan və daha sonra onun açıq-saçıq görüntülərini sosial şəbəkələrdə yayan 2004-cü il təvəllüdlü Nadir (şərti) həbs edilib. Yasamal Rayon Məhkəməsində keçirilən prosesdə Nadir Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 156.1 (Şəxsi həyatın toxunulmazlığını pozma), 177.2.5 (Oğurluq -zərərçəkmiş şəxsin üzərindən, cibindən, çantasından və ya digər əl yükündən çıxarılmaqla törədildikdə) və 242-ci-ci (Pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) maddələri ilə təqsirləndirilib.
Məhkəmə prosesində məlum olub ki, intihardan əvvəl Nadir sosial şəbəkədə Universitetlərdən birinin Memarlıq fakültəsinin 2-ci kurs tələbəsi olan Fatimənin profilini taparaq ona yazıb. Onlar bir müddət yazışdıqdan sonra parkda dostları ilə birlikdə görüşüblər.
Belə ki, 21 noyabr 2021-ci il tarixdə saat 18 radələrində “AF Mall” ticarət mərkəzinin qarşısında baş tutan görüş zamanı 18 yaşlı oğlan onun gödəkçəsinin cibindən dəyəri 1829 manat dəyərində “Apple İphone 11” markalı mobil telefonu oğurlayıb. Bundan sonra Nadir qızın telefonunda olan çoxsaylı açıq-saçıq foto və videoları başqa telefona köçürüb, oğurladığı telefonu isə dostunun şəxsiyyət vəsiqəsi ilə 800 manata satıb. Bu satışdan o, özünə 120 manat dəyərində geyim əşyaları və ayaqqabı, eləcə də 600 manat dəyərində "Apple İphone X" markalı mobil telefonu alıb. Daha sonra isə Fatimənin telefonundan köçürdüyü açıq-saçıq görüntüləri 22 noyabr 2021-ci il tarixdə saat 16 radələrində çoxsaylı izləyiciləri olan “Telegram” sosial şəbəkəsində “Dirçəliş 22/30” adlı səhifədə yayıb.
Bundan sonra dostları Fatiməyə onun pornoqrafik görüntülərinin sosial şəbəkələrdə yayıldığını bildiriblər. Fatimə isə həmin görüntülərin oğurlanmış telefonundan götürüldüyünü bildirib. O, daha sonra dostuna “hər şey üçün çox sağ ol, məni yaddan çıxart, çox təəssüf edirəm ki, sonluq belə oldu, biz onla səni həmişə sevəcəyik, artıq heç nəyin mənası qalmayıb”, sözlərini yazıb və yaşadığı çoxmərtəbəli binadan özünü ataraq həyatına son qoyub.
Məhkəmədə təqsirləndirilən Nadir törətdiyi əmələ görə özünü təqsirli bildiyini deyib. O, Fatimənin görüntülərini əylənmək məqsədilə yaydığını qeyd edib: “Həmin videoları paylaşmaqda məqsədim əylənmək idi. Hər hansı maddi və sair nemət qarşılığında bunu etməmişəm”.
Məhkəmədə Fatimənin atası da ifadə verərək qızının ölümündən əvvəl anasına mesaj yazdığını bildirib: “Fatimə ölümündən öncə anasının istifadəsində olan, lakin hazırda bütün əlaqəli məlumatları silinmiş kompüter vasitəsilə “yaşamaq istədiyini, sevmək istədiyini, lakin pis insanların buna imkan verməməsi, anasını çox sevməsi” barədə sosial şəbəkələrin birində yazı yazmışdı”.
Qeyd edək ki, Nadir ona verilmiş 4 il 6 aylıq cəzanı ümumi rejimli müəssisədə çəkəcək.
Mia.az
Xarici İşlər Nazirliyində yeni təyinat olub
“Turan-Tovuz” ona xor baxan azarkeşinə necə dərs verdi? - Doğma stadion üçün qəribsəmə zamanıdı
İcra başçısı aparıcı olan həyat yoldaşı barədə tez-tez niyə paylaşım edir? - FOTOLAR
General-leytenant təqaüdə göndərilib
Bəzi bölgələrdə güclü külək əsəcək - Xəbərdarlıq
Tural Həsənliyə vəzifə verildi - Kamran Əliyev yeni əmr imzaladı
Salyanda yeniyetmə qız qızdırmadan ölüb
Şəmkirdə 30 yaşlı kişi 69 yaşlı qadını öldürüb
Sabiq deputat: "Saleh Məmmədov Əlinin altında xeyli sayda reket jurnalist saxlayırdı" - "Onun saat kolleksiyasının dəyəri bir neçə milyon dollardır"
AFN.az-ın 14 yaşı tamam olur
Sabah hava necə olacaq? - Proqnoz
Ceyhun Bayramov Pakistan XİN başçısına zəng edib
Allahşükür Paşazadə Vatikana gedir
Azərbaycan neftinin qiyməti 71 dollara qalxdı
“İmişli”nin xəbəri var ki, çay içəndən sonra qaçıb haraya gedirik?
“Turan” əhəmiyyətli qələbə qazandı - Kubok oyunlarında gərgin intriqa havası başlayır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalının açılışı olub
"Qalatasaray" 30 milyon avroya satdığı futbolçunu geri qaytardı
Sabiq səfirlə bağlı istintaq başlayıb - London polisi diplomatın evində axtarış aparıb
İordaniya Kralı Türkiyəyə gəlir
Ankarada polis öldürülüb - Döyülərək...
SALEH MƏMMƏDOV VƏZİFƏDƏN ÇIXARILDI, YERİNƏ NAZİR MÜAVİNİ GƏTİRİLDİ - Prezident sərəncam imzaladı
Azərbaycan Rusiyaya nota verdi - Səfir XİN-ə çağırıldı və...
Prezident İlham Əliyev Fərman imzalayıb
Prezident daha bir fərman imzaladı - Dəyişiklik
8 AY SONRA ABŞ və İRAN RƏSMİLƏRİ BİR ARAYA GƏLDİ - Ommandakı tarixi görüşdən ilk açıqlama
Bakıda ağac kəsənlər prokurorluğa verildi
Yanvarda vurulan ən yaxşı qol... - PFL müəllifi açıqladı
10 gün əvvəl əsgər gedən Coşqun Sadıqov hospitalda vəfat edib
QHT sədri qəzada ölüb
Aİ Maskın təhqir etdiyi Baş naziri müdafiə etdi
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"Ruslan təcridxanadadır, üstəlik bu dəqiqə xəstədir" - Vəkildən yayılan xəbərə reaksiya
TEMU QALMAQALI: "Mənim paltarlarım çox böyük ölçülərdir, sizə yaramaz" - Müğənni gömrükçülərə çağırış etdi
Bakıda və rayonlarda külək güclənəcək - Xəbərdarlıq
Əli Əsədov qərar imzalayıb
Daha 28 maşın hərraca çıxarıldı
Vüqar Səfərlinin əmlakı davası barədə qərar verildi - Həyat yoldaşının adına olan ev geri qaytarıldı
GENERAL APARAT RƏHBƏRİ TƏYİN EDİLDİ