İlham Əliyev: “Azərbaycan qazına olan tələbat kəskin artıb”

img

01-06-2022 [10:49]


“Azərbaycan qazına olan tələbat kəskin artıb”.

Mia.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakı Enerji Həftəsinin açılış mərasimində bildirib.

Dövlət başçısı hər il Bakıda Cənub Qaz Dəhlizi (SGC) Məşvərət Şurasının iclaslarının keçirildiyini xatırladıb.

“SGC artıq işləyir, indi yeni körpülər, yeni əlaqələr, interkonnektorlar üzərində işləmək, Avropanın qaz bazarında iştirakımızı genişləndirmək üzərində düşünməliyik. Bu gün, iyunun 1-nə olan vəziyyət tamamilə fərqlidir. Azərbaycan qazına olan tələbat kəskin artıb və əlbəttə ki, bu nəzərə alınmalıdır.

Eyni zamanda, bizim potensial istehlakçılarımız başa düşməlidirlər ki, bir ilə böyük həcmdə qaz hasil etmək mümkün deyil, bunun üçün müqavilələr olmalı, danışıqlara başlanılmalı və sürətləndirilməlidir. İstehsalı artırmaq və mövcud infrastrukturu genşləndirmək üçün ənənəvi tərəfdaşlarımız olan enerji şirkətləri ilə işləmək lazımdır.”, - Prezident bildirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA