Daha bir futbolçu Ukraynada döyüşlərə qatılıb

img

01-06-2022 [09:35]


"Kəpəz" klubunun sabiq futbolçusu Aleksandr Sıtnik ölkəsi Ukraynada döyüşlərə qoşulub.

Mia.az xəbər verir ki, 38 yaşlı hücumçu Slavyansk şəhərinin müdafiəsində iştirak edir.

İlk günlərdə səngərdən-səngərə qaçdığını deyən forvard nə baş verdiyini anlamadığını bildirib: "Əvvəl gizlənirdim. Amma artıq öyrəşmişəm. Daha doğrusu, buna alışmaq qeyri-mümkündür. Anlayıram ki, başımın üstündən mərmilər uçur və istənilən vaxt mənə dəyə bilər. Sadəcə, indi qorxu yoxdur, müəyyən təcrübə qazanmışam".

Qeyd edək ki, Aleksandr Sıtnik 2015/2016 mövsümündə "Kəpəz"də çıxış edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:42 11.07.2025

Natiq Xankişiyev tutulub