Avropa çempionatı: Emiliya Mitilinova qızıl medal qazanıb

img

29-05-2022 [18:02]


Türkiyənin Qaziantep şəhərində karate və parakarate üzrə Avropa çempionatı davam edir.

Mia.az xəbər verir ki, parakarate üzrə görmə qüsurlular kateqoriyasında qadınlar arasında Azərbaycan təmsilçisi Emiliya Mitilinova qızıl medala layiq görülüb. Eyni yarışda kişilər arasında Nihat Məmmədzadə ikinci yeri tutub.

Komanda hesabında da yığma komanda mükafatçılar sırasında yer alıb. Kumite yarışlarının finalına yüksələn Azərbaycan idmançıları Avropa ikincisi olublar, kata yarışında isə karateçilər bürünc medala layiq görülüblər.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA