Çempionlar Liqasının finalı: "Real Madrid" "Liverpul"u devirib kuboku qazandı - VİDEO

img

29-05-2022 [09:02]


UEFA Çempionlar Liqasında finalında İngiltərənin "Liverpul" və İspaniyanın "Real Madrid" komandaları üz-üzə gəlib.

Mia.az xəbər verir ki, oyun "kral klubu"nun qələbəsi ilə yekunlaşıb - 1:0.

Yeganə qolu 59-cu dəqiqədə Vinisius Junior vurub.

Qarşılaşma təhlükəsizlik amilləri üzündən 36 dəqiqə gec başlayıb. Oyundan əvvəl stadiona biletsiz girməyə cəhd edən ingilis fanatlara qarşı polis gözyaşardıcı qazdan istifadə edib.

Beləliklə, "Real Madrid" 4 ildən sonra və tarixində 14-cü dəfə Çempionlar Liqasının qalibi olub. Baş məşqçi Karlo Ançelotti isə 8 ildən sonra komandaya Avropanın ən nüfuzlu klub turnirinin baş mükafatını qazandırıb. Ançelotti 2002/2003 və 2006/2007 mövsümlərində İtaliya "Milan"ı ilə də bu titulu əldə edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA