“Akıncı” PUA-larının Azərbaycanla birgə istehsalı ilə bağlı danışıqlar aparılır.

img

26-05-2022 [15:09]


“Akıncı” pilotsuz uçuş aparatlarının (PUA) Azərbaycanla birgə istehsalı ilə bağlı danışıqlar aparılır.

Mia.az xəbər verir ki, bu barədə APA-ya Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank açıqlama verib.

O qeyd edib ki, hazırda bununla bağlı aidiyyəti qurumlar Azərbaycanla danışıqları davam etdirir: “Akıncı” PUA-sı ilə bağlı birgə nələri istehsal edə bilərik, hazırda onları dəyərləndiririk. Hazırda bizim aidiyyəti qurumlar Azərbaycanla sıx işbirliyində çalışır”.

Türkiyəli nazir qeyd edib ki, Azərbaycana kosmik sahədə, o cümlədən peyklərin istehsalı sahəsində dəstək göstərməyə hazırdırlar.


Digər xəbərlər
SON XƏBƏRLƏR